Əsas Səhifə > Partiya, Güney Press > "Ali Baş Komandan çox ciddi iradə ortaya qoyub"
"Ali Baş Komandan çox ciddi iradə ortaya qoyub"30-09-2020, 09:34 |
“Azərbaycan ordusu 30 ildən sonra işğal altında olan torpaqlarımızın azad edilməsinə başlayıb”. Bunu KONKRET.az–a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. O, qeyd edib ki, yüksək səviyyədə əks hücum əməliyyatları keçirilir: “Ordumuz irələyir. Mən özüm də cəbhə bölgəsində idim. Bu gün gəlmişəm. Düşünürəm ki, bu templə getsək, 30 ildə işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəyik. Bizi ruhlandıran odur ki, Ali Baş Komandan çox ciddi iradə ortaya qoyub. Bu iradə sayəsində xalqla-ordu birliyi yaradılıb. Azərbaycanda ruh yüksəkliyi var. O ruh yüksəkliyini də ordumuza siraət edib. Artıq torpaqlarımızın işğaldan azad edilməsinə qısa müddət qalıb. Bilirsiniz ki, böyük uğurlar əldə etmişik. Bir neçə kənd və əhəmiyyətli strateji yüksəkliklər azad edilib. Rayonlarımızın işğaldan azad edilməsi istiqamətində mübarizə uğurla davam etdirilir. Bizim bayrağımız Xankəndidə, Şuşada və digər işğal olunmuş rayonlarımızda dalğalanacaq. Cənab Prezident xalqa müraciətində, o cümlədən Təhlükəsizlik Şurasının iclasında və digər çıxışlarında özünün qəti fikirini bildirdi”. Hafiz Hacıyev vurğulayıb ki, Ali Baş Komandan “Rossiya-1” telekanalında konkret fikrini bildirdi ki, işğalçılar torpaqlarımızdan çıxana kimi vuruşacağıq: “Sevindiricidir ki, xalq öz sözünü deməyə başlayıb. Bizim heç kimin torpağında gözümüz yoxdur. Torpaqlarımızın terrorçulardan təmizlənməsi üçün əks-hücum əməliyyatına başlamışıq. Heç bir dünya dövlətləri bizi qınaya bilməz. Cənab Prezident BMT-nin Baş katibi ilə söhbətində də öz sözünü dedi. Paşinyan fəaliyyəti ilə beynəlxaq qanunları gözdən salır. Düşünürəm ki, bu ruh yüksəkliyi davam edəcək və qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcəyik”. Geri qayıt |