Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət Ramiz Mehdiyevə qucaq açacaqmı

Müxalifət Ramiz Mehdiyevə qucaq açacaqmı


3-09-2020, 08:49
Müxalifət Ramiz Mehdiyevə qucaq açacaqmı
Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sakitləşmək bilmir. Avqustun 18-də qız nəvəsinə etdiyi toy məclisindən sonra kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka cəzalandırılmaları ilə barışmayan “Boz kardinal” bütün gücü ilə hakimiyyətin üzərinə gəlir. Rəhbəri olduğu akademiyanın saytında bir-birinin ardınca sərt məqalələrlə çıxış edən R.Mehdiyev getdikcə radikal müxalifət lideri obrazına çevrilməkdədir. Bu baxımdan onun son məqaləsi xüsusilə diqqət çəkir.

Bu məqaləsinin ardından cəmiyyətdə “müxalifət onu düşərgəsinə buraxarmı, qucaq açarmı” kimi suallar yaranıb. Bu da təsadüfi deyil. Çünki indiyə qədər iqtidardan incik düşən, “vurulan”, yaxud komandasına asi çıxan məmurlara müxalifətin necə qucaq açdığının çox şahidi olmuşuq.

Bir neçə partiyaya bununla bağlı sual ünvanladıq.

AĞ Partiya başqanı Tural Abbaslı belə insanların yerinin həbsxana olduğunu söylədi: “Bu, Ramiz Mehdiyevin üsyan və dirəniş xarakterli artıq 4-cü yazısıdır. Yazıda istər cəmiyyətə, istər müxalifətə, ən əsası da, hakimiyyətə meydan oxuma var. Faktiki olaraq Mehdiyev müxalifəti və xalqı onu haqsız yerə ittiham etməkdə suçlayır və bütün günahın onun deyil, dolayısı ilə hazırkı iqtidarın başında duran Prezidentin olduğuna işarə edir. Eyni zamanda ölkənin hazırkı ağır duruma düşməsində özünün heç bir rolu olmadığınını, heç bir nazirliyin işinə müdaxilə etmədiyini və hər kəsin uğursuzluğunun onun özünə aid olduğunu bildirib. Mən düşünürəm ki, iqtidar köhnə komanda üzvünə adekvat cavab verməlidir.

Bu məsələnin üzərinə iqtidar sistemli şəkildə getməsə, yaşlı akademik hələ çox problemlər yaradacaq. Mən bütün müxalifətin adından deyə bilmərəm, ancaq AĞ Partiyanın adından dəqiq deyə bilərəm ki, biz heç zaman Mehdiyev tipli xalqına qarşı müxtəlif növ cinayətlər törədən şəxslərlə bir araya gəlmərik. Nəinki onun harasa namizədliyini dəstəkləmərik, onunla eyni siyahı da belə olmarıq. Belə insanların yeri ancaq məhbəsdir, vəssalam”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, sabiq PA rəhbəri çoxlarının imkanlarından istifadə etməyə çalışacaq: “Müxalifət yekcins deyil. Görünürb Mehdiyev özünü təmizə çıxartmaq üçün hələ çox belə məqalələr yazacaq, yaxud yazdıracaq. Onu kimsənin içinə almasını demək çətindir, heç özü də kimsənin içinə getməz. Onun imkanlarından yararlanmaq istəyənlər olacaq, elə onun özü də çoxlarının imkanından yararlanmağa çalışacaq. Zatən bu işi indiyədək ob daha yaxşı bacarıb. Düşünürəm ki, Ramiz Mehdiyev mövzusunu gündəmdə saxlamaq əvəzinə, ölkəmiz üçün vacib məsələləri müzakirə etsək daha doğru olar”.

AMİP sədri Arzuxan Əlizadə də birmənalı şəkildə bunun əleyhinədir: “Ramiz Mehdiyev rəhbərlik etdiyi AMEA-nın saytında artıq mütəmadi xarakter alan açıqlamalar verməkdə davam edir. Yazıları ilə bəlli ünvanlara sətiraltı mesajlar verdiyi də məlumdur. Açığıb bu yazılar bizim üçün elə bir önəm daşımadığı səbəbindən münasibət bildirməməyi tərcih edirəm. O ki qaldı müxalifət düşərgəsinin onu öz daxilinə buraxmasına və ya gələcəkdə vahid namizəd etmə ehtimalına, şübhəsiz ki, müxalifət yekcins deyil və istənilən məsələyə fərqli yanaşma və fərqli baxışların olması labüddür. Ona görə təbii ki, bütün müxalifət adından nəsə deyə də bilmərəm. Həm də təəssüf ki, dediyiniz məsələ ilə bağlı ölkənin siyasi həyatında heç də xoş olmayan və müxalifət adına başucalığı gətirməyən acı təcrübə də var. Elə də uzaq olmayan keçmişdə biz korrupsiya və rüşvət də daxil olmaqlab bir sıra ağır dövləti cinayətlərdə adı hallanan şəxslərin müxalifətin ayrı-ayrı qurumları və bəzi aparıcı simaları tərəfindən dəstəklənməsinin, hətta bu adamların hüquqlarını müdafiə komitələrinin təşkil olunmasınıt da, başqa dövlətə bağlı şəxsin müxalifətin özünü ”milli" elan edən bəlli bir çevrəsi tərəfindən vahid namizəd olaraq dəstəkləməsinin də şahidi olmuşuq. AMİP olaraq o zaman da belə şəxslərə dəstək verilməsinin əleyhinə olduğumuzu bildirmişik, bu gün də mövqeyimiz dəyişməz olaraq qalır. Mövqeyimiz də budur ki, AMİP dövlət və milli maraqları hər şeydən üstün tutur və bu dövlətə bağlı olmayan, korrupsiya və rüşvətə bulaşmış heç bir kəs kimliyindən asılı olmayaraq və heç bir şərt müqabilində tərəfimizdən dəstəklənə bilməz".

ALDP rəhbəri Fuad Əliyev R.Mehdiyevi bütün vəzifələrindən istefa verməyə çağırdı: “Açığı desəm onun nə indiki, nə də keçmişdəki yazıları ilə maraqlanmamışam. Bu adam nə yaza bilər ki, cəmiyyətimizə faydalı olsun? Ona görə də vaxtımı mənasız yazılara itirmək istəmirəm. Ola bilər ki, vaxtilə himayə etdiyi müxalifət partiyalarının biri onu partiyanın lideri elan etsin. Amma müxalifətin vahid namizədi olması, ümumiyyətlə, inandırıcı deyil. İndi zəmanə tamam başqa bir zəmanədir. Cəmiyyətimiz 30 il bundan qabaqkı cəmiyyət deyil. Onun mənim atamla şəxsi qərəzliyi olub, parlament seçkilərində haqqımı tanımamaq üçün tapşırıq verməsinə baxmayaraq, ona tutduğu bütün vəzifələrindən istefa verib, bu yaşda evdə oturub nəvə, nəticə ilə vaxt keçirməsini tövsiyə edirəm. Əlavə nəsə deməyə ehtiyac duymuram. Əsas odur ki, qanunun pozulmasına görə saxlananlar var, cərimələr ödənildi. Qanunun aliliyi qorundu. Nə yaşa, nə tutduğu vəzifəyə, nə də ki, keçdiyi yola görə güzəşt olunmadı. Bizim başqa problemlərimiz var”.
“Yeni Müsavat”

Geri qayıt