Əsas Səhifə > Partiya, Güney Press > "İki fərqli üslubda seçki platforması sənədləri hazırlayacağıq"

"İki fərqli üslubda seçki platforması sənədləri hazırlayacağıq"


2-09-2020, 08:43
"İki fərqli üslubda  seçki platforması sənədləri hazırlayacağıq"
Respublikaçı Alternativ Partiyası (ReAL) qeydiyyata alınıb. Bu gün partiya sədri İlqar Məmmədova ədliyyə nazirinin müavini Toğrul Musayev və Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədov Respublikaçı Alternativ Partiyasının qeydiyyata alınması haqqında sertifikat təqdim ediblər.
Bu barədə “Sherg.az”a danışan ReAl-ın icraçı kitabi Natiq Cəfərli bildirib ki, vaxt itirmək fikirləri yoxdur:

“Üç il dəfələrlə cəhd etmişdik. Nəhayət, məqsədimizə çatdıq. İndi əsas hədəfimiz növbəti seçkilərə hazırlıqdır. Həm prezident, həm də parlament seçkilərinə hazırlaşacaq, buna uyğun olaraq iki fərqli üslubda seçki platforması sənədləri hazırlayacağıq.

Bu, ictimaiyyətə açıq şəkildə həyata keçiriləcək. Biz digər partiyaların səhvini təkrarlamayaq, seçkilərə iki- üç ay qalmış kampaniyaya başlamayacağıq. Onsuz da, həmin müddət çox azdır.

Odur ki, seçkilərin bir il, beş il sonra keçirilməsindən asılı olmayaraq ən qısa zamandan etibarən hazırlıqlara başlayacağıq. Əlbəttə, gündəlik fəaliyyətimizi də davam etdirəcəyik. Partiyanın üzvlərinin sayının çoxalması, regionlarda təmsilçiliyin artırılmasına çalışacağıq”.

Geri qayıt