Əsas Səhifə > Partiya, Güney Press > Milli Şuranın ''mamaşa''sı Gültəkin Hacıbəyli danışdı:

Milli Şuranın ''mamaşa''sı Gültəkin Hacıbəyli danışdı:


9-06-2020, 09:29
Milli Şuranın ''mamaşa''sı Gültəkin Hacıbəyli danışdı:
Milli Şuranın ''Zoom konfransı''ndan yeni video-parça yayılıb. Hər dəfə olduğu kimi, bu dəfə də millətimiz bu möhtəşəm qurumun rəhbərlərinin dərin məzmunlu replika və müzakirələrindən böyük faydalar götürmüş, dərs almışlar. Maraqlıdır ki, Milli Şura rəhbərlərinin çoxqatlı mənəvi-siyasi göstəriciləri illərlə apardıqları fəalliyyət, rəsmi olaraq, açıqladıqları bəyanat və nitqlər sayəsində deyil, məhz içlərinə doğru ''zom'' olunandan sonra aşkara çıxmışdır. Bu adamlar divanda uzanıb, gərnəşəndə də milləti istişarə edirlərmiş. Çünki Milli Şuradırlar, millidirlər.

Onların uca millətimizin ''gey'' və hər türdən olan üzdəniraqlarına sahib çıxmaq istedadları da partlaq vermiş, bu istedad növü qıcqıraraq, bəzi Şura üzvlərini təsirləndirmiş, istefaya sövq etmişdir. İlllərdir hakimiyyətə alternativ kimi təqdim olunan və özünü bu cür təqdim edən Milli Şuranın sən demə, gerçəkdən də çox layiqli sifətləri varmış. Onlar əsil siyasətçi çevikliyi və praqmatizmi nümayiş etdirərərək, öz müttəfiq, düşərgədaş və illərin yoldaşlarına hər cür aşağılayıcı ifadələr işlətməyi bacarır, onlara ''eşşək'', ''alçaq'', ''tryapka'' kimi dərin məzmunlu epitetlər ünvanlayırlar.

Milli Şuranın ''zoom müşavirəsi'' həm də ''zoofil''liyi ilə yaddaşlara qazınmışdır. Bu qurumun rəhbərləri o qədər milli xüsusiyyətə malikdirlər ki, onların obrazlı cümlələrində, ifadə, ittiham və zarafatlarında vətənimizdə yaşayan əksər heyvan adları mərkəzi obrazlara çevrilmişdir.

Xüsusi ilə təqdim etdiyimiz bu video-parçadan da gördüyünüz kimi, Milli Şuranın dəyərli mamaşası, hörmətli Gültəkin xanım inəklər haqqında necə də gözəl, dəyərli, yüksək məzmunlu lətifə danışır. Buradan göründüyü kimi, hörmətli ''milli mamaşa'' ər amilini, erkək obrazını, ailə institutunu necə müqəddəs sayır, onu ''inək'', ''buğa'' kimi epitetlərlə gücləndirir, xalqın anlaya biləcəyi məzmunda Cəmil Həsənliyə nəql edir. Millişurabaşı Cəmil Həsənli də mənalı hırıltıları və hıçqırıqları ilə Gültəkin Hacıbəyli xanıma dəstək olur, onu həvəsləndirir və erkəyə, buğaya olan yüksək münasibətini ortaya qoymuş olur. Milli Şuranın digər üzvləri də ''mamaşa və papaşalarının'' bu cükküldəşməsindən vəcdə gələrək, xalqımıza dair yüksək fikirlər söyləyirlər, onun necə çox və boş danışdığını, milli aşağılıq komplekslərimizin olduğunu sevinc hissləri ilə izhar edirlər. Bir sözlə, Milli Şuranı ''zom''ladıqca, onun mamaşasının, papaşasısın böyük məziyyətləri üzə çıxmış oldu.

Buyurun, birlikdə izləyək, dönə - dönə baxaq, əylənək, gülək. Milli Şura olmasaydı, pandemiya dövrünü bu cür əyləncəli keçirdə bilməzdik.

İnəyiniz südlü, buğanız güclü olsun.
Musavat.com

Geri qayıt