Əsas Səhifə > Partiya, Güney Press > “İqtidar-müxalifət dialoqu karantin rejimindən sonra davam edə bilər”
“İqtidar-müxalifət dialoqu karantin rejimindən sonra davam edə bilər”3-04-2020, 17:27 |
Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə siyasi partiyaların sədrləri arasında görüşlərin yeni başlandığı və prosesin davam etdiriləcəyi barədə açıqlamalar verildiyi vaxtda ökədə koronavirus təhlükəsi meydana çıxdı. Koronavirusla mübarizə üçün özünütəcrid qaydaları tətbiq edildi və siyasi partiyalar fəaliyyətlərini məhdudlaşdırdılar. Aprelin 5-dən isə küçəyə çıxmaq qadağası qüvvəyə minir. Belə vəziyyətdə hakimiyyət-müxalifət görüşləri də dondurlmuş sayıla bilərmi? AXP sədri Pənah Hüseyn bildirdi ki, başlanan prosesə koronovirusla bağlı qoyulan yasaqlar istər-istəməz öz təsirini göstərib. Siyasi partiyalar da fəaliyyətlərində müəyyən məhdudiyyətlər qoyublar. Eyni zamanda “evdə qal” çağırışlarına əməl edilir: “Karantin dövründə iqtidar təmsilçisi ilə siyasi partiyaların sədrlərinin görüşünün olması hazırda gündəmdə deyil. Lakin bu məsələ daha çox hakimiyyət tərəfindən asılıdır”. ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, küçəyə çıxmaq qadağalarının gündəmdə olduğu vaxtda görüşlərin olması gözlənlmir: “Bizə hələ gündəmdə görüş planının olduğu barədə heç bir məlumat verilməyib. Hesab edirəm ki, xalqın sağlamlığı, ölkə üçün taleyüklü məsələlərin önə çıxması halında siyasi qüvvələr arasında görüşlər, siyasi fəaliyyət kimi məsələlər arxa plana keçməlidir. Təkcə Azərbaycanda deyil, əksər dünya ölkələrində də belədir-digər bütün siyasi, ictimai tədbirlər dayandırılıb, hətta konfliktlər, ən müqəddəs dini ayinlərin icrası belə dayandırılıb. Fövqəladə vəziyyətdir. Belə vəziyyətdə yəqin ki, iqtidar-müxalifət görüşü də hələ ki, reallaşmayacaq. Lakin bu, bir müddət öncə başlanan prosesin dayandığı hesab olunmamalıdır. Hesab edirəm ki, karantin başa çatdıqdan sonar bu görüşlər davam edəcək”. Musavat.com Geri qayıt |