Əsas Səhifə > Partiya, Güney Press > "Bir neçə gündən sonra vəziyyət daha mürəkkəb ola bilər"

"Bir neçə gündən sonra vəziyyət daha mürəkkəb ola bilər"


24-03-2020, 11:15
"Bir neçə gündən sonra vəziyyət daha mürəkkəb ola bilər"
“Dövlət karantin müddətində iri marketlərlə müqavilə imzalayıb “sosial market”lər yaratmalıdır”.

Demokrat.az-ın xəbərinə görə, bu təkliflə sabiq deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə çıxış edib.

İ.Ağazadənin sözlərinə görə, İqtisadiyyat Nazirliyi dövlət büdcəsi hesabına ərzaqlar almalı, sosial mağazalarda maya dəyərindən aşağı qiymətlərlə satışını təşkil etməlidir ki, əhalinin aztəminatlı hissəsi müdafiəsiz qalmasın:

“Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan vəsaitlərdən də bu məqsəd üçün istifadə etmək olar. Hər halda bunun üçün mənbələr var. Səlahiyyətli dövlət qurumları üçün maraqlı olarsa, Ümid Partiyası bu məsələ ilə bağlı tam proqram təqdim etməyə hazırdır. Nəzərə almalıyıq ki, mövcud qiymətlər aztəminatlı ailələrin vəziyyətinə çox pis təsir göstərir. Bir neçə gündən sonra vəziyyət daha mürəkkəb ola bilər”.

Geri qayıt