Əsas Səhifə > Partiya, Güney Press > PA-nın şöbə müdirilə hansı statusla görüşəcəm, bilmirəm
PA-nın şöbə müdirilə hansı statusla görüşəcəm, bilmirəm2-03-2020, 13:33 |
2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini Razi Nurullayev eyni adla partiya yaratdığını elan etdi. O, vaxtdan eyni adlı iki partiya “əsl AXCP” nin özü olduğunu deyir. R.Nurullayevin rəhbərlik etdiyi siyasi təşkilat hələ də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb. Maraqlıdır, 9 fevral növbədənkənar parlament seçkilərində 79 saylı İmişli seçki dairəsindən bitərəf namizəd kimi qalib gələn Razi Nurullayev hələ də “AXCP” adına iddialıdırmı? Bundan sonra onun partiyası fəaliyyətini davam etdirəcəkmi? Razi Nurullayev Modern.az-a açıqlamasında partiyasının qeydiyyat məsələsini yenidən gündəmə gətirmək barədə tərəddüdlərinin olduğunu bildirib: “Dostlar da mənə zəng edirlər ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev sizi görüşə dəvət edibmi? Mən də bu cür sual və müraciətləri təbəssümlə qarşılayıram. Başqa nə edim ki? AXCP adına həm mən, həm də Əli Kərimli iddia edir. Məhkəmə qərarı, Ədliyyə Nazirliyinin mövqeyi də ortada olmadığından özüm də cavab tapa bilmirəm. İndi Ədalət müəllim mənimlə hansı statusla görüşəcək? Özüm də cavab verə bilmirəm. Bəli, bitərəf kimi seçkiyə qatılmışdım və bitərəf kimi də qalib olmuşam. AXCP-nin qeydiyyat məsələsi ilə bağlı çox səy göstərmişik, məhkəmə instansiyalarına baş vurmuşuq. Nəticə olmayıb. Təzədən qaldırmaqda, israrçılıqda fayda olacaqsa, edək. Amma, nəticə olacaqmı? Heç özüm də bilmirəm”. O, partiyanı buraxmaq barədə qərarın verilməsinə tələsmədiyini deyib: “Bu barədə danışmaq tezdir. Çarələr hələ ki, tükənməyib. Hər şeyi zaman yerinə qoyacaq”. Geri qayıt |