Əsas Səhifə > Partiya, Güney Press > “Bu addım “türk ordusu Suriyada nə edir” sualına ən gözəl cavabdır”

“Bu addım “türk ordusu Suriyada nə edir” sualına ən gözəl cavabdır”


2-03-2020, 10:06
“Bu addım “türk ordusu Suriyada nə edir” sualına ən gözəl cavabdır”
Məlum olduğu kimi, Türkiyə bundan sonra Avropaya keçmək istəyən suriyalı qaçqınlara mane olmayacağını bəyan edib. Ankranın məlum qərarından sonra on minlərlə suriyalı Bolqarıstan və Yunanıstan sərhədlərinə axın edib ki, bu da adıçəkilən dövlətlərin sərhədçiləri, habelə polis dəstələri ilə ciddi qarşıdurmalara səbəb olub.

Maraqlıdır, Türkiyənin qaçqın siyasətini bu şəkildə dəyişməsi, onların Avropaya gedən yolunun üzərindən çəkilməsi Qərb dövlətlərini Suriya məsələsində daha duyarlı etməyə, problemin həlli üçün ciddi addımlar atmağa vadar edə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə Türkiyənin məlum addımını doğru qərar kimi dəyərləndirdi:

“Türkiyənin bu addımı əslində Suriya məsələsində Avropanın fəallığını artırmaq üçündür. Son illər ərzində Türkiyə qaçqın odusunu təkbaşına saxlayıb. Burada söhbət 4 milyondan çox qaçqından gedirdi. Hansı ki, bu, Türkiyənin özü üçün müəyyən problemlərə gətirib çıxarırdı. Bu müddət ərzində qaçqın problemi ilə bağlı Türkiyə Avropa dövlətləri ilə danışıqlar aparsa da, bunun heç bir real nəticəsi olmadı. Nəticədə, Türkiyə məcburiyyət qarşısında bu addımı atmalı oldu. Çünki İdlibdəki problemlər səbəbi ilə daha yarım milyon insan Türkiyəyə üz tutub. Türkiyə bu addımı ona görə atıb ki, Avropa da bu çətinlikləri hiss etsin, görsün ki, bu illər ərzində Türkiyə hansı miqyasda problemlə məşğul olub.

Bu addım “türk ordusu Suriyada nə edir” sualına da ən gözəl cavabdır”.

Geri qayıt