Əsas Səhifə > Partiya, Güney Press > Hikkəsinə "əsir düşən" Əli Kərimli: İndi də xalqı qurban etmək istəyir

Hikkəsinə "əsir düşən" Əli Kərimli: İndi də xalqı qurban etmək istəyir


26-10-2019, 12:08
Hikkəsinə "əsir düşən" Əli Kərimli: İndi də xalqı qurban etmək istəyir
“Yurd” sədri Əli Kərimli Sevinc Osmanqızı ilə danışıb növbəti mitinq qərarı verib.

Milli Şura adından danışsa da, həmişəki kimi qərarları kollegial deyil, təkbaşına qəbul edir və Milli Şuraya daxil olan yazıqlar da onu dəstəkləməkdən başqa çıxış yolu tapmırlar. Elə bu dəfə də elə oldu və “Osmanqızı” TV-də çıxış edən Kərimli 2 noyabra növbəti mitinq təyin etdiyini açıqladı. Hökumətdən aksiya üçün 2 meydan istədi. Yenə “28 May” metrostansiyasının qarşısı və “Məhsul” stadionu: “Sözümüz sözdür. Kompromisə gedə bilərik. Əgər hökumət tərslik edəcəksə, yenə şəhərin mərkəzində görüşürük”. “Yurd” sədri “qətiyyət” adlandırdığı hikkəsini bu dəfə də ortaya qoydu. Kərimli bilir ki, şəhərin mərkəzində aksiya keçirməyə imkan verilməyəcək, “Məhsul” stadionu isə əvvəldən bəyan edildiyi kimi təmirdədir. Deməli, hər iki məkanda aksiyaya icazə verilməsi mümkün görünmədiyindən, Milli Şura adı altında Əli Kərimli yenidən razılaşdırılmamış aksiyaya çağırış və cəhd edir. Bu isə yenidən kimlərinsə saxlanması, həbsi deməkdir.

Kərimlinin çıxışındakı hikkəli məqamlardan biri də çox maraqlıdır. Belə ki, Əli Kərimli “Metrostansiyanın qarşısı nə qədər məsuliyyətli qərar idi və biz bu qərarı verdik”,- deyir. Bu cümlədəki cəm şəkilçisi kimə aiddir? Kərimli mitinq qərarını kiminlə bərabər verib? Axı hamı bilir ki, Milli Şura tam tərkibdə Əli Kərimlinin nəzarətindədir və qərarları şəxşən verir.

Necə ki, dünənki qərarı Sevinc Osmanqızı ilə danışa-danışa verdi və orada Milli Şuranın Koordinasiya Şurasının üzvlərindən kimsə yox idi.

Belə olan halda “qərar verdik” deyə hay-küylü danışmaq kimə və nəyə lazım idi? Kimi aldatmağa hesablanır bu sözlər?

Öz-özünümü, xalqımı, iqtidarımı? Hər halda heç birini. Doğrudan da, Əli Kərimligil bir yerdə bu qərarı verirlər. Amma kiminlə və ya kimlərlə? Təbii ki, bu adamlar Milli Şuranın üzvləri deyil, müxalifət liderləri deyil. Bəs kimlərdir? Deməli, bu sırada gözəgörünməyən daxili və xarici qüvvələr var. O qüvvələrin isə bu proseslərdə öz maraqları, payları yetərincədir.

“Mitinqə ümumxalq dəstəyi var”,- deyən Kərimlidən soruşan gərək ki, hanı o dəstək? Əgər o dəstək olsaydı, özünü müxalifətin lideri adlandıran şəxsin mitinqdə saxlanlmasını da, azad edilməsini də, özünün iddia etdiyi kimi işğəncə görməsinə dair hekayəsini də həmin xalq kənardan seyr etməzdi. O dəstək olsaydı, Əli Kərimli çoxdan sağı sol, solu sağ etmişdi. O dəstək olsaydı, Əli Kərimlinin yerini öyrənmək üçün bütün polis idarələrinin qarşısına minlərlə adam yığışardı. Əli Kərimlinin yerini öyrənmək üçün siyasi etika xatirinə sadəcə, Arif Hacılı getdi, 20-30 nəfərlə. Lakin onun pafosla dediyi dəstək olsaydı, o dəstəyin bir hissəsi onu “Youtube”dan izləməyi yox, polis idarəsinin, evinin qarşısında gözləməyi üstün tutardı. Bir halda ki, bunlar olmadı, bir halda ki, Kərimli özü iddia etdiyi kimi 19 oktyabrda evinin 400 metrliyində maşından düşürülüb tək-tənha evinə getmək üçün taksi axtarmalı olub, evinin qarşısında bircə nəfər də onu gözləyən xalq nümayəndəsinə rast gəlməyib, deməli, iddia etdiyi dəstək yoxdur. Olmasını Əli Kərimli hər şeydən çox istəyərdi, piar üçün iki cüt bir tək adamın belə Kərimlinin evinin qarşısında onu gözləməsi bəs idi, amma olmadı. Təbii ki, kimsə iddia etmir ki, mitinq olmasın və ya narazı vətəndaşlar mitinq istəmir.

Mitinq istəyənlər bunun başında Əli Kərimlinin durmasını istəmir və ona görə də dəstək vermir.

Bu dəfə isə Əli Kərimli çox irəli getdi. “Xalqın mənafeyi” deyə-deyə, “azadlıq, demokratiya” deyə-deyə, “dinc mübarizə” deyə-deyə qandan danışdı. “Bu xalq zor və qandan qorxan olsaydı...” sözləriylə başlayan bir neçə cümlə işlətdi və tarixdən nümunələr gətirdi. Bu “qan” sözünün altmənası vardı. Təhriketmə! Aksiya iştirakçılarına mesaj vardı. Bu mesaj həm də başqalarına idi. Kimə? Onu 19 oktyabrdan sonra toparlanıb yenidən çox sevdiyi ekranlara qayıtmağa məcbur edən qüvvələrəmi?
Cebhe.info

Geri qayıt