Əsas Səhifə > Partiya, Güney Press > "Milli qəhrəmanlarımızı təhqir edənlərə 10 il həbs cəzası verilməlidir"
"Milli qəhrəmanlarımızı təhqir edənlərə 10 il həbs cəzası verilməlidir"16-10-2019, 08:39 |
Son günlər mediada və sosial şəbəkələrdə Milli Qəhrəmanlarımızın təhqir olunması cəmiyyətdə şiddətlə qınanılmaqda və xüsusən də siyasi partiyalar tərəfindən də çox sərt tənqid olunmaqdadır. Bununla bağlı Moderator.az saytına açıqlama verən BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib ki, son günlər Milli Qəhrəmanımız Mübariz İbrahimov və digər qəhrəmanlarımızın sosial şəbəklərdə aşağlanması, təhqir olunması faktı ciddi şəkildə təhlil olunaraq müvafiq ölçü götürülməlidir: "Biz bir cəmiyyət olaraq baş verənləri ciddi şəkildə təhlil etməliyik. Bunun hansı səbəbdən baş verməsini araşdırmalıyıq. Son 2 gündə on minlərlə, yüz minlərlə soydaşımız Milli Qəhrəmanımız Mübariz İbrahimovun təhqir olunmasına çox sərt şəkildə etiraz etməkdədir. Və haqlı etiraz edirlər! Özünüz də gördünüz ki, hadisə həm də sosial şəbəkələrdə çox geniş müzakirələrə səbəb oldu. Haqlı olaraq yüz minlərlə insan qəhrəmanlarımızın təhqir olunmasının yolverilməz olduğunu qeyd etdilər. Ziyalılarımız, siyasətçilərimiz, QHT nümayəndləri, dövlət qurumlarında çalışan şəxslər, mətbuat münayəndələri, sadə vətəndaşlar susmadılar. Etiraz etdilər. Əslində, bu hadisə ilk deyildi. Görünür, zaman - zaman bu cür olayın baş verməsini istəyən qüvvələr var. Hadisənin kimin etməsinin heç bir önəmi yoxdur. Bu adamların bir necə məqsədləri ola bilər. İstənilən halda həmin təxribatçı ünsürlər bu yolla özlərini "məşhurlaşdırmaq" niyyəti güdürlər. Hansı yolla olur, olsun, bunlar ölkən mətbuatının və ən əsası da sosial şəbəklərin gündəmini "zəbt" etmək istəyirlər. Özlərini də guya "kosmopolit" kimi təqdim etməyə çalışırlar. Bunlar feminist adı ilə əxlaqsızlığı təblığ edirlər. Azyaşlı qızlara yeniyetmə dövründə şərab içməyin mümkünlüyünü və digər mənəviyyatdan kənar fikirləri aşılıyırlar. Hətta görünən odur ki, bu adamlar öz valideyinlərini belə təhqir etməklə, sosial şəbəklərin "qəhrəmanlarına" çevrilmək istəyirlər. İlk dəfə Mübariz İbrahimovu təhqir edən o qızın verdiyi açıqlamalar və iki gün bundan qabaq təhqir yazan qızla rəfiqə olmasına dair yayılanlar da bütün bunları təsdiq etmiş olur. Odur ki, dövlət qurumlarımız bununla bağlı ciddi tədbirlər görməlidir." Niyaməddin Orduxanlının fikirincə, bütün bunların qarşısının alınması üçün Milli Məclisdə bu məsələ gündəmə gətirilməlidir: "Biz hüquqi dövlətdə yaşayırıq. Və bütün əməllər hüquq müstəvisində öz həllini tapmalıdır. İlk öncə, Parlament milli qəhrəmanlarımızın təhqir edilməsinə qarşı ayrıca qanun qəbul etməli, təhqirə görə qəbul edilmiş qanuna yenidən baxılmalı və bu əməli törədənlərin ən azı 10 ildən artıq azadlıqdan məhrum edilməsi üçün Cinayət Məcəlləsində dəyişiklik edilməlidir. Düzdür, indiki halda, qanunvericiliyimizdə təhqirə görə cəza növü nəzərdə tutulub, amma xüsusi ittiham qaydasında şikayət olmalıdır. Bunu da şəhidin vərəsələri edə bilər. Düşünürəm ki, bunu dövlət öz üzərinə götürməlidir. Hər bir qəhrəmanımız dövlətin bir dəyəridir. Onu dövlət qorumalıdır! Necə ki, xalqımız qoruyur! Bizim dəyərlərə dil, əl uzadıla bilməz! Heç kimə imkan verə bilmərik ki, millətin heysiyatı ilə oynasın. Bir faktı diqqətinizə çatdırmaq istəyirəm, bir necə il bundan qabaq Ermənistanda çox da tanınmayan gənc yazarlardan biri, özünün yazısında türk xalqı haqqında bir neçə xoş fikirlər qeyd etmişdi. Bir gün sonra "Daşnaküstun" partiyasının nümayəndləri həmin gənci Ermənistanın küçələrində boynuna ip salıb sürüyürdülər və onu Vətən xaini kimi ittiham edib, ən ağır cəzaya məruz qoydular. Biz təbii ki, qeyd etdiyim kimi, hüquq müstəvisində təhqir yazan şəxsləri cəzalandırmalıyıq. Həmçinin də paralel olaraq cəmiyyət mütəşəkkil ictimai qınaq təşkil edərək həmin üzdəniraqları rüsvay etməlidir. O adamlara salam belə vermək lazım deyil!" Geri qayıt |