Əsas Səhifə > Partiya, Güney Press > Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?
Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?14-10-2019, 08:41 |
AMİP Mərkəzi Şurasının iclasında növbəti qurultayın keçirilməsi haqda qərar qəbul olunub. “Yeni Sabah” xəbər verir ki, iclasda AMİP Siyasi Şura üzvü Əli Orucovun məruzəsi dinlənilib. AMİP sədr əvəzi Arzuxan Əlizadə növbəti dönəmdə Partiyanın qarşısında duran vəzifələrlə bağlı çıxış edib, AMİP-in Növbəti Xİ Qurultayının çağırılması ilə bağlı məsələni müzakirəyə çıxarıb. Müzakirələrdən sonra Qurultayın çağırılması ilə bağlı qərar qəbul olunub, Qurultayın keçiriləcəyi tarixi və yeri müəyyənləşdirmək AMİP Siyasi Şurasına həvalə edilib. Qarabağla bağlı məsələni geniş müzakirə edən AMİP Mərkəzi Şurası aparılan danışıqların qeyri-səmərəliliyini, Qarabağın status ilə bağlı Ermənistanın sərgilədiyi qeyri-konstruktivliyi nəzərə alaraq bu yöndə danışıqların heç bir nəticə verməyəcəyini bəyan edərək, münaqişənin nizamlanmasının hərbi-siyasi yolunu məqbul saydığı və ATƏT çərçivəsində, eləcə də, bu istiqamətdə aparılan danışıqların dayandırılmasının vacibliyi ilə bağlı bəyanat qəbul edib. Geri qayıt |