Əsas Səhifə > Partiya, Güney Press > "Naxçıvanda Türkiyənin hərbi mövcudluğu tamam başqa məsələdir"

"Naxçıvanda Türkiyənin hərbi mövcudluğu tamam başqa məsələdir"


28-08-2019, 08:56
"Naxçıvanda Türkiyənin hərbi mövcudluğu tamam başqa məsələdir"
Naxçıvanda, eləcə də Azərbaycanın digər bölgələrində türk hərbi bazasının yaradılması təklifi son günlər yenidən aktuallaşmaqdadır.

Bəs belə bir addımın atılması Azərbaycanın maraqlarını tam əhatə edirmi? Həqiqətənmi türk hərbi bazasının ölkəmizdə yerləşdirilməsi Azərbaycana yönəlik bütün təhdidləri önləyə bilər?

Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn Türkiyə və Azərbaycan arasında qarşılıqlı hərbi yardımla bağlı müqavilənin imzalanmasının daha aktual olduğunu vurğuladı:

“Bütün bu məsələlər ölkəmizin hərbi doktirinasında öz əksini tapıb. Orada Azərbaycanın bitərəflik statusundan irəli gələn ölkə ərazisində xarici hərbi hissələrin yerləşdirilməməsi təsbit olunub. Lakin eyni zamanda göstərilir ki, ölkənin müdafiəsi, təhlükəsizliyi tələb edərsə, xarici silahlı qüvvələrin yerləşdirilməsi məsələsinə də baxıla bilər. Yəni bu məsələ qanbunvericiliyə uyğun şəkildə həll edilməldir.

Qars müqaviləsinə görə, TürkiyəninNaxçıvanın təhlükəsizliyi ilə bağlı müəyyən öhdəlikləri var. Bu baxımdan Naxçıvanda Türkiyənin hərbi mövcudluğu tamam başqa məsələdir.

Bu gün cəmiyyətimizin əksəriyyəti Türkiyə ilə qarşılıqlı hərbi yardımla bağlı müqavilənin imzalanması mövqeyindən çıxış edir. Bu, özündə hərbi bazalar məsələsini də ehtiva edə bilər. Bunu da unutmayaq ki, Türkiyə NATO-nun üzvüdür və bu tipli münasibətlərdə NATO-nun da mövqeyini nəzərə almalıdır. Azərbaycan isə bloklara qoşulmayan ölkə statusundadır. Hesab edirəm ki, proseslərin gedişatı qarşılıqlı yardımla bağlı müqavilənin imzalanmasını aktuallaşdırır. Bu, yalnız Türkiyə və ya yalnız Azərbaycandan asılı olan məsələ deyil. Bu, çox mürəkkəb bir məsələdir. Biz 1992-1993-cü illərdə bu məsələlərin müzakirəsi zamanı cəmiyyətə sadə görünən məsələlərin heç də sadə olmadığına praktikada şahid olduq”.

Geri qayıt