Əsas Səhifə > Partiya, Güney Press > "Buna kimsənin şübhəsi olmasın"
"Buna kimsənin şübhəsi olmasın"8-08-2019, 11:43 |
“Qonşu ölkələrin ərazilərinə iddia etmək, işğalçılıq siyasəti Ermənistanın xarici siyasətinin əsas prioritetlərindən biridir və bunu həmin ölkənin rəhbərləri səsləndirdikləri bəyanatlarla sübut ediblər. Elə Ermənistanın baş naziri Paşinyanın Azərbaycanın işğal altında olan şəhəri Xankəndində səslənirdiyi bəyanat da bu siyasətin danılmaz sübutudur”. Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Mirkazım Kazımov deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının bir qsimi Ermənistan tərəfindən işğal olunsa da, işğal altında olan torpaqlar beynəlxalq aləm, təşkilatlar və dövlətlər tərəfindən Azərbaycan ərazisi kimi tanınır. “Azərbaycan münaqişənin isə danışıqlar yolu ilə həllinin tərəfdarıdır. ATƏT Minsk qrupu isə münaqişənin danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını həyata keçirir. Lakin Ermənistan tərəfi nə vasitəçilərin, nə də beynəlxalq hüquq prinsiplərinə əməl etmədən, onun təməl prinsiplərini kobud qaydada pozaraq, işğalçılıq siyasətini 30 ilə yaxındır ki, davam etdirirlər. Ermənistan aparılan danışıqları hər vasitə ilə pozmağa çalışır. Elə götürək onların son hərəkətlərini... Ermənistan tərəfi növbəti dəfə beynəlxalq hüququn prinsiplərinə zidd olaraq Azərbaycanın işağl olunmuş ərazilərində “Pan Ermənistan oyunları” təşkil edirlər. İşğal altında olan Azərbaycan torpaqlarına səfər edən Ermənistan rəhbərləri Qarabağı Ermənistan ərazisi hesab edir. Bütün bunlar ermənilərin işğalçılıq siyasətinin mahiyyətindən irəli gəlir. Bununla da onlar sülhə hazır olmadıqlarını ortaya qoymuş olurlar. Bu isə münaqişənin həlli istiqamətində, ələlxüsus da münaqişə tərəfləri arasında etimad mühitinin yaradılması istiqamətində həyata keçirilən danışıqların ruhuna daban-dabana ziddir. Biz o zaman belə tədbirlərin qarşılıqlı etimad mühitinin yaradılmasına xidmət etməsini deyə bilərdik ki, bu cür idman yarışları Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüz minlərlə azərbaycanlı geri döndükdən sonra keçiriləydi. Necə ki, Ermənistanın hərbi təcavüzündən öncə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları sülh şəraitində idman yarışlarında birgə iştirak edirdilər. Amma biz bunun əksinin şahidi olduq. Bir daha təkrara edirəm ki, ermənilərin bu hərəkəti bölgədə sülhün, sabitliyin pozulmasına, gərginliyin daha da gərginləşməsinə xidmət edir”- deputat qeyd edib. Deputat onu da bildirib ki, Ermənistanın bu işğalçılıq siyasəti və beynəlxalq hüquqa zidd hərəkətləri nəticə etibarı ilə bir fayda verməyəcək: “Azərbaycan öz haqq mübarizəsindən geri çəkilməyəcək və sonadək mübarizə apararaq işğal altında olan torpaqların işğaldan azad olunmasına nail olacaq. Bu məsələdə Ali Baş Komandanın siyasi iradəsi və mövqeyi ortadadır. Ali Baş Komandan dəfələrlə bəyan edib ki, işğala son qoymaq üçün bütün vasitələrdən istifadə olunacaq. Buna kimsənin şübhəsi olmasın”. Onun fikrincə, ermənilər işğal siyasətinin onlara nə qədər ziyan vurduğunu anlayıb, bu yoldan geri çəkilsələr, bu onların xeyrinə olacaq: “Bu gün işğal siyasətindən daha çox əziyyət çəkən məhz ermənilərdir. Bunu biz son günlərdə istər baş nazir Paşinyanın, istərsə də sabiq prezident Robert Köçəryanın erməni mediasına verdiyi müsahibədən görə bilərik. Onlar da işğal siyasətinin Ermənistana necə ziyan vurduğunu, ölkənin perspektivsiz, gələcəyi olmayan bir ölkəyə çevirdiyini siyasi dillə açıqca etiraf ediblər. Köçəryan hətta dünya erməni lobbisi və diasporunun da artıq Ermənistana əvvəlki kimi yardım etmədiyini açıqca dilə gətirib. Elə Paşinyanın Xankəndidə səsləndirdiyi fikirlərdə bunu açıqca sezmək olar. Buna baxmayaraq onlar bu “erməni xəstəliyi”ndən əl çəkə bilmirlər ki, bilmirlər. Anlamırlar ki, işğaldan daha çoz əziyyət çəkən elə özləridir. Son olaraq onu demək istərdim ki, Ermənistan rəhbərliyinin işğalçılıq siyasətindən əl çəkməməsi barədə səsləndirdiyi bəyanatlar, destruktiv fəaliyyət beynəlxalq aləmdə Azərbaycanın nə qədər haqlı olduğunu sübut edir. Bu cür hərəkətlər Azərbaycanın erməniləri ifşa etmək baxımından manevr imkanlarını genişləndirir. Bu, Azərbaycana məsələnin digər vasitələrlə, yeri gəlsə güc yolu ilə torpaqlarını azad etməyə zəmin yaradır. Çünki ermənilərin destruktiv hərəkətləri Azəbaycana başqa alternativ yeri qoymur”. Geri qayıt |