Əsas Səhifə > Partiya, Güney Press > “Onlar erməni cəmiyyətində düşmən obrazını təzələməyə çalışır”

“Onlar erməni cəmiyyətində düşmən obrazını təzələməyə çalışır”


18-06-2019, 09:48
 “Onlar erməni cəmiyyətində düşmən obrazını təzələməyə çalışır”
Son vaxtlar təmas xəttində artan erməni təxribatları ölkəmizdə ciddi narahatlıq doğurmaqdadır. Xüsusilə bir neçə gün bundan öncə düşmənin hərbi təyyarəmizi raket atəşinə tutması erməni təxribatlarının yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

Ermənistanın Rusiyanın for-postu olduğunu nəzərə alsaq, bu təxribatların Rusiyanın “xeyir-duası” olmadan gerçəkləşdirilməsi mümkündürmü?

Moderator.az-a açıqlamasında məsələyə münaibət bildirən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov indiki mərhələdə təxribatların Paşinyan qruplaşması tərəfindən qızışdırıldığını vurğuladı:

“Bu mərhələdə əsas günahı Paşinyan qruplaşmasında görürəm. Onlar vəziyyəti gərginləşməsində, hərbi əməliyyatların bərpasında maraqlıdırlar. Onlar çalışırlar ki, Qarabağ və Paşinyan qruplaşması arasındakı gərginliyi xaricə çıxarsınlar. Düşmən obrazı təzələnsin, Azərbaycan düşmən kimi yenidən erməni ictimaiyyətinə təqdim edilsin və bu yolla daxili gərginlik azaldılsın.

Daha bir məqsəd ondan ibarətdir ki, Paşinyan və onun çevrəsi anlayır ki, onların Rusiya ilə əlqələri düzələn deyil. Bunu nəzərə alaraq onlar çalışırlar ki, hərbi əməliyyatları bərpa etsinlər və ardınca Rusiyanı ittiham etsinlər ki, Kreml lazımi səviyyədə Ermənistana dəstək göstərmir. Bununla da Qərbyönümlü istəkləri cəmiyyət arasında yaysınlar.

Daha bir məqsəd danışıqlar prosesinə zərbə vurmaqdır. Çünki indiki məqamda danışıqların həm məzmunu, həm də formatı Paşinyan rejimini qane etmir. Buna görə də təmas xəttindəki gərginliyin arxasında Paşinyan qruplaşması dayanır”.

Geri qayıt