Əsas Səhifə > Partiya, Güney Press > "Biz bu hallara öyrəşmişik"
"Biz bu hallara öyrəşmişik"30-05-2019, 08:45 |
Biz Azərbaycana qarşı davamlı olaraq ikili standarlardan çıxış edən ölkələrin və onların dəyirmanına su tökən sapı özümüzdən olan baltaların informasiya təzyiqinə məruz qalırıq. Bu sözləri Axar.az-a millət vəkili Jalə Əliyeva Prezident İlham Əliyevin 28 May Respublika Günü ilə bağlı təşkil olunan rəsmi qəbulda çıxışı zamanı səsləndirdiyi çıxışı şərh edərkən deyib. O bildirib ki, bəzi qüvvələrə Azərbaycana qara yaxmağa öz içimizdə olan satqınlar kömək edir: “Preziden İlham Əliyevin Cümhuriyyətin 101 illiyi münasibəti ilə təşkil edilən ziyafətdə qeyd etdiyi kimi, Azərbaycan davamlı olaraq ikili standarlardan çıxış edən ölkələrin və onların dəyirmanına su tökən sapı özümüzdən olan baltaların informasiya təzyiqinə məruz qalır. Heç kimə sirr deyil ki, bu informasiya müharibəsinin, Azərbaycana qarşı qərəzli mövqeyin arxasında erməni lobbisi və erməni diasporunun havadarları dayanır. Biz bu hallara öyrəşmişik. Azərbaycan hansısa irimiqyasılı, beynəlxalq bir layihəyə ev sahibliyi etməyə hazırlaşarkən, yalan, böhtan dolu qara piar həyata keçirilməyə başlanılır. Elə ölkəmizin ev sahibliyi etdiyi Avropa Liqasının final oyunu ilə bağlı da heç bir həqiqəti əks etdirməyən, xəstə təxəyyülün məhsulu olan informasiyalar yayıldı”. Deputat Azərbaycana gələn turistlərin ölkəmizdən çox razı qaldıqlarını qeyd edib: “Halbuki ölkəmizə gələn turistlər, azarkeşlər, bütün qonaqlar görürlər ki, bu məlumatların hamısı sadəcə təxribatdır. Qonaqlar müsahibələrində də qeyd edirlər ki, Azərbaycan əmin-amanlığın hökm sürdüyü, stabil bir ölkədir. Burada bütün insanlar sülh, dostluq şəraitində yaşayır. Hansısa təxribatdan, kiminsə həyatına qarşı sui-qəsddən və onların uydurduğu digər təzyiqlərdən söhbət belə gedə bilməz”. Geri qayıt |