Əsas Səhifə > Partiya, Güney Press > Mehman Hüseynov məsələsi sadəcə bir bəhanədir, əsl məqsəd Azərbaycanın uğurlarına kölgə salmaqdır

Mehman Hüseynov məsələsi sadəcə bir bəhanədir, əsl məqsəd Azərbaycanın uğurlarına kölgə salmaqdır


21-01-2019, 12:11
Mehman Hüseynov məsələsi sadəcə bir bəhanədir, əsl məqsəd Azərbaycanın uğurlarına kölgə salmaqdır
Mehman Hüseynov məsələsi sadəcə bir bəhanədir, əsl məqsəd Azərbaycanın uğurlarına kölgə salmaqdır. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Azərbaycan 2018-ci ildə həm iqtisadi, həm də siyasi baxımdan çox böyük uğurlar əldə etdi, Cənub Qaz Dəhlizi və digər böyük iqtisadi layihələr həyata keçirdi, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artdı:

“Eyni zamanda, böyük siyasi nailiyyətlərimiz olub. Ordumuz dünyanın ən güclü ordular sırasına daxil olub. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə yaxındır, bu istiqamətdə diplomatik səylər ilkin nəticəsini göstərir. Ölkəmizdə siyasi sabitlik mövcuddur. Azərbaycanın bu sabitliyini, iqtisadi qüdrətini, müstəqil siyasətini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı addımlarını və nailiyyətlərini gözü götürməyən qüvvələr Azərbaycanda sabitliyi pozmaq, qarışıqlıq yaratmaq istəyirlər. Mehman Hüseynov məsələsi isə sadəcə bir bəhanədir”.

A.Hüseynov vurğulayıb ki, M.Hüseynov Cinayət Məcəlləsinin müəyyən maddəsi ilə həbs olunub: “Peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı qanun qarşısında bərabərdir və qanunu pozduğuna görə cavab verməlidir. Sadəcə olaraq Mehman Hüseynov ətrafında süni şəkildə yaradılan ajiotaj Azərbaycanın nailiyyətlərinə kölgə salmaq, ölkəmizdə qarşıqlıq yaratmaq məqsədi güdür. Burada da erməni havadarlarının, lobbisinin rolu, “konyak diplomatiyası”nın izləri görünür. Bu isə baş tutmayacaq. Çünki Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin ətrafınsa sıx birləşərək öz inkişaf yolunu müəyyənləşdirib və Azərbaycanda qarışıqlıq yaratmaq istəyənlər xalqın müqaviməti ilə qarşılaşacaqlar”.

Millət vəkilinin fikrincə, bu gün Azərbaycan Avropaya daha çox lazımdır, nəniki Avropa Azərbaycana:

“Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan çox etibarlı mənbədir, Azərbaycanın böyük enerji resursları var. Azərbaycan elə bir tərəfdaşdır ki, üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Bu baxımdan bu gün Azərbaycan Avropaya daha çox lazımdır, nəinki Avropa Azərbaycana. Ona görə də hesab edirəm ki, Avropada olanlar düşünüb daşınmalı, seçim etməlidir: ermənilərin “konyak diplomatiyası”, yoxsa reallıq, Avropanın enerji təhlükəsizliyi?”

Geri qayıt