Əsas Səhifə > Partiya, Güney Press > "Bizi narahat edən əsas məsələrdən biri neftdən asılılığı azaltmaq idi..."
"Bizi narahat edən əsas məsələrdən biri neftdən asılılığı azaltmaq idi..."6-12-2018, 09:17 |
2018-ci il başa çatmaq üzrədir. Bəs Azərbaycan iqtisadiyyatı 2018-ci ili necə, hansı uğur və çətinlklərlə başa vurur? Cari ili ölkə iqtisadiyyatı baxımından nə dərəcədə səmərəli və uğurlu hesab etmək olar? Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov 2018-ci ili bir çox baxımdan uğurlu hesab etdiyini vurğuladı: “2018-ci il Azərbaycan üçün iqtisadi baxımdan elə də ağır keçmədi. Manat qorunub saxlanıldı. Bu, həm sahibkalar, həm də xarici investorlar üçün olduqca vacib idi. Çünki Azərbaycanda milli valyuta sabit qaldığı üçün bir sıra iqtisadi layihələr uğurlar icra edildi. Bu, ciddi məsələlərdən biri idi. İkincisi, Azərbaycanda ümumdaxili məhsul istehsalında artım gözlənilir. Bu artım hardasa 1-2% səviyyəsində olacaq. Bizi narahat edən əsas məsələrdən biri də qeyri-neft sektorunun inkişafına nail olmaq, bununla da neftdən asılılığı azaltmaq idi. Bu, bizim üçün prinsipial məsələ idi. 2018-ci ildə qeyri-neft sektorunda artımlar müşahidə olunur. Azərbaycandan ixrac edilən məhsulun həcmi artırılıb. Azərbaycanda ixrac faktiki olaraq idxalı üstələyir və müsbət saldo yaradır. Bu isə iqtisadiyyatımız üçün mühüm əhəmiyyət kəsb edir. Orta aylıq əmək haqqında da hər il artım müşahidə olunur. Müəyyən problemlər olsa da, hesab edirəm ki, Azərbaycan müstəqilliyinin 27-ci ildönümünü uğurla başa vurur. 2018-ci ildə bir sıra layihələr həyata keçirildi. TANAP-TAP layihəsi də uğurla həyata keçirilməkdədir. Bu layihələrin birinci mərhələsi başa çatıb, ikinci mərhələ davam edir. Biz 2019-cu ilin dövlət büdcəsinə, vergi sisteminə ciddi dəyişikliklər etmişik. Cənab prezidentin göstərişinə uyğun olaraq kölgə iqtisadiyatının azaldılması, şəffaflığın təmin olunması, səmərəliliyin artırılması, sahibkarlar üçün normal şəraitin yaradılması üçün bir sıra addımlar atılıb. Əhalini ən çox narahat edən məsələ Dağlıq Qarabağ problemi ilə bağlıdır. Təəssüf ki, biz bu problemi 2018-ci ildə də həll edə bilmədik. Amma buna baxmayaraq, problemin həlli istiqamətində ciddi addımlar atılır. Ordunun təminatına məxsusi fikir verilir. Silahlı Qüvvələrimizin müasir silahlarla təminatı istqiamətində dövlət mühüm işlər görür. Beynəlxalq aləm də başa düşür ki, Ermənistan işğalçıdır və onlar gec-tez Azərbaycan torpaqlarından çıxmalıdır. Ordunun qüvvətlənməsi Azərbaycanın qüvvətlənməsi deməkdir. 2018-ci ildə vətən uğrunda gedən döyüşlərdə həlak olan şəhdilərimizə “qan pulu” deyilən ödənişlərin verilməsi həyata keçirilməyə başladı və yəqin ki, 2019-cu ildə başa çatacaq. Hesab edirəm ki, bütün bu işlər 2018-ci ili müsbət qiymətləndirməyə imkan verir”. Geri qayıt |