Əsas Səhifə > Partiya, Güney Press > “Müstəqilliyimiz dövründə ölkəmizdən xaricə böyük vəsaitlər çıxarılıb”
“Müstəqilliyimiz dövründə ölkəmizdən xaricə böyük vəsaitlər çıxarılıb”9-11-2018, 11:33 |
Son günlər 2019-cu ilin dövlət büdcəsi ilə bağlı Milli Məclisdə aparılan müzakirələr, habelə iqtisadi inkişafın stimullaşdırılması, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması, bank sisteminin təkmilləşdirilməsi, büdcə vəsaitlərinin artırılması yolları ilə bağlı bir-birindən maraqlı təkliflər səslənməkdədir. Moderator.az olaraq günümüzün iqtisadi reallıqlarına, habelə gələcək perspektivinə millət vəkili Vahid Əhmədovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. I hissə burda: http://www.moderator.az/news/246538.html -Vahid bəy, Beynəlxalq Bankın sabiq rəhbərinin həyat yoldaşının İngiltərədəki sərvətinin ölkəmizə gətirilməsi ilə bağlı da çoxsaylı təkliflər səslənir. Sizcə bu sərvətin yenidən Azərbaycanın dövlət büdcəsinə qaytarılmasını təmin etmək mümkündürmü? -Beynəlxaqlq qanunlar və beynəlxalq əməkdaşlıqla bağlı protokollar var. Bu kimi məsələlər bu qanunlarla tənzimlənir. Beynəlxalq Bankda çox ağır vəziyyət yaranmışdı. Azərbaycanın dövlət başçısının göstərişinə uyğun olaraq Beynəlxalq Bankda sağlamlaşdırma prosesi həyata keçirildi. Dövlət başçısı gələcəkdə Beynəlxalq Bankın özəlləşdirilməyə çıxarılması ilə bağlı sərəncam imzaladı. Yəqin ki, bu yaxınlarda Beynəlxaql Bank özəlləşdiriləcək. Beynəlxalq Bankın hazırkı vəziyyətini isə müsbət qiymətləndirirəm. Doğrudur, banklarımızda kapital problemi hələ də tam olaraq öz həllini tapmayıb. Biz banlkların sağlamlaşdırılması ilə bağlı bəzi təkliflər də vermişik. Müəyyən müsbət işlər görülür. Yəqin ki, bu məsələlər axıra çatdırılacaq. Müstəqilliyimiz dönəmində Azərbaycandan xaricə kifayət qədər böyük vəsaitlər çıxarılıb. Bu vəsaitlər müəyyən banklarda, müəyyən əmlak şəklində xarici ölkələrdə yerləşdirilib. Böyük Britaniyada burada yerləşən mülklər və vəsaitlərlə bağlı qanun qəbul edilib. Bəzi Rusiyalı milyanerlərlə bağlı konkret addımlar atılıb. Onların bəzisi həbs edilib və s. İngiltərə qanunlarına görə, malik olduğun əmlakın deklorasiyasını verməlisən. Problemli əmlaka malik şəxslərlə bağlı cinayət işləri açılır. Təbii ki, bu ölkəyə Azərbaycan vətəndaşları tərəfindən gətirilən vəsaitlər Azərbaycanın vəsaitidir və ölkəmizə qaytarılmalıdır. Amma bu məsələ hansı qurumlar tərəfindən necə danışılacaq, hansı mərhələlərdən ibarət olacaq, bu başqa məsələdir. Ingiltərə dünyada bu məsələlərdə həmişə öndə gedib. Lakin ordakı vəsaitlərin qaytarılması da həmişə problemli olub. -Bəzi ekspertlər hesab edir ki, ölkəmizdə hələ də bağlanma təhlükəsi olan banklar var. Bu qənaəti bölüşürsünüzmü? -Bankların bağlanmasının heç vaxt tərəfdarı olmamışam. Bu gün də bunun tərəfdarı deyiləm. Bəzi banklara müəyyən problemlər var. Əsas problemlərdən biri kapitallaşma problemidir. Biz daim deyirik ki, banklar faizləri aşağı salmalıdır. Ancaq biz bankları da başa düşürük. Banklar bu iki devalvasiyadan sonra hələ özlərinə tam gəlməyib. Faizləri aşağı salmaq üçün banklara kredit lazımdır. Kredit hardan formalaşır? Bu, əhalinin əmanətlərindən, Mərkəzi Bankın verdiyi kreditdən, bir də beynəlxalq maliyyə qrumlarındn götürülən kreditlərdən formalaşır. Bu gün banklaırn bağlanmasına deyil, onların birləşdirilməsinə tərəfdaram. Bir neçə bank birləşib iri bir bank təşkil etməli, böyük kapitala sahib olmalıdır. Banklar bağlananda biz ciddi problemlərlə üzləşirik. Bu il Standart Bankda yaranmış vəziyyətlə əlaqədar olaraq dövlət büdcəsindən 500 milyon manat vəsait ayırmağa məcbur olduq ki, əmanətçilərin vəsaiti geri qaytarılsın. Sonradan bəlli oldu ki, orada da müəyən neqativ meyillər olub. Palata bu məsələ üzərində işləyir. hökumət də bu məsələdə diqqətli olmalıdır. Banklara müəyyən qədər yardım etməlidir. Elə layihələr var ki, banklrın bunu həyata keçirməsi ölkəmiz üçün vacibdir. Investisiya şəklində müəyyən kapital vermək olar. Həm bu layihələri həyata keçirsinlər, həm də kapitallaşmaları olsun ki, pul dövriyyəsi artsın və problemləri olmasın. -Bir müddət öncə, Iran, Türkiyə və Azərbaycanın XİN rəhbərləri ikitərəfli ticarətdə milli valyutalardan istifadə ilə bağlı razılıq əldə etdi. Sizcə mövcud iqtsiadi reallıqlar siyasilərin aldığı bu qərarı həyata keçirmək üçün nə dərəcədə əlverişlidir? -Dünyada bu proseslər bağlı çoxsaylı müzakirələr gedib. Rusiyada, İranda, Çində də bu təkliflər səslənir. Çalışırlar ki, elə bir valyuta ortaya çıxarsınlar ki, dolları bazardan sıxışdırıb çıxartsınlar. Lakin bu, çox şətin şeydir və buna 10 illərlə vaxt lazımdır. Türkiyə, İran və Rusiyada milli valyuta kəskin aşağı düşüb. Bunların hamısı dollarla bağlı aparılan siyasətin nəticəsidir. Amerikanın təsir gücü həddindən artıq böyükdür. Odur ki, inanmıram ki, bu addımlar müsbət bir nəticə versin. -Sizcə qonşu ölkələrdə milli vlyutaların ucualaşması Azərbaycanın iqtisadi maraqları baxımından nə dərəcədə əlverişli və ya zərərlidir? -Mən qonşu ölkələrdə mili valyutaların ucuzlaşmasının tərəfdarı deyildim. Çünki nə qədər də olsa Azərbaycan manatına da müəyyən təsirləri olacaq. Biz qonşu dövlətlərəd hər cür stabilliyin – eləcə də maliyyə-iqtisadi stabilliyin tərəfdarı olmuşuq. -Bu yaxınlarda ABŞ İrana qarşı yeni sanksiyalara qərar verdi. Sizcə bu sanksiyaların qonşu ölkələr, eləcə də ölkəmiz üçün hər hansı zərərli təsiri ola bilərmi? -Irana qarşı tətbiq edilən sanksiyalar ağır sanksiyalardır. Bunların İrana müəyyən təsirləri ola bilər. Doğrudur, Azərbaycanla İranın münasibətləri yüksəkdir. Azərbaycan İrana 500 ilyon manata yaxın dəmir yolu ilə bağlı vəsait qoyub. Bu vəsait müəyyən qədər ucuzalaşsa, dəyərdən düşsə də, bunun ölkəmiz üçün vacib tərəfləri var. Unutmaq olmaz ki, İrandanmilyonlarla soydaşımız yaşayır. Dövlət başçısı bunların hamısını nəzərə alır. Ümumilikdə isə İrana tətbiq edilən sanksiyaların qonşu dövlətlərə də müəyyən təsirləri olacaq. -Tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli qiymətlərlə istifadəsi ilə bağlı da təkliflər səslənir. Sizcə tələbə və ahılların ictimai nəqliyyatdan daha aşağı qiymətə istifadəsinə şərait yaratmaq mümkündürmü? -Bu cür güzəştlər hər zaman olub. Sovet dönəmində tələbələrə güzəştli kartlar verirdilər. Onlar ictimai nəqliyyatdan güzəştli qiymətlə istifadə edirdi. Hesab edirəm ki, bu məsələyə baxmaq olar. Dövlət başçısı tələbələrə dəstəyi hər zaman diqqət mərkəzində saxlayıb. Gənc kadrların hazırlanmasına ciddi fikir verir. Bu baxımdan hesab edirəm ki, tələbələrlə bağlı bu təklifin reallaşlması istiqamətində addımlar atmaq olar. Geri qayıt |