Əsas Səhifə > Partiya, Güney Press > “Qarabağ mitinqi cəmiyyət tərəfindən qəbul olunmur”
“Qarabağ mitinqi cəmiyyət tərəfindən qəbul olunmur”6-10-2018, 11:08 |
“Qarabağ mitinqi keçirməklə Qarabağı işğaldan azad etmək olmaz”. Bunu AzNews.az-a açıqlamasında millət vəkili Azər Badamov Bakıda keçirilən uğursuz Qarabağ mitiniqinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Prezident, Ali baş komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox düzgün siyasət yürüdür: “Bu siyasət nəticəsində Azərbaycanın ərazi bötüvlüyü dəstəklənir. Beynəlxalq təşkilatlar Ermənistanın işğalçı ölkə olduğunu qəbul edirlər”. Millət vəkili vurğulayıb ki, Qarabağ münaqişəsi danışıqlar yolu ilə beynəlxalq təşkilatların köməkliyi ilə Ermənistanı sülhə təhrik etməklə həll olunacaq ki, bu yöndə Azərbaycanın yürütdüyü siyasət artıq öz bəhrəsini verməkdədir: “Çox təəssüf ki, Qarabağı düşünməyən insanlar ictimai asayişi pozaraq belə bir mitinq keçirirlər. Qarabağ mitinqi cəmiyyət tərəfindən qəbul olunmur. Baxın, o mitinqdə iştirak edənlərin sayı da yetərincə deyildi”. A.Badamov sonda onu da deyib ki, Azərbaycanın hərbi gücü gündən-günə artır. Ali Baş Komandanın əmri olduğu təqdirdə Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcək. Geri qayıt |