Əsas Səhifə > Partiya, Güney Press > “Putin gəlib Qarabağı Azərbaycana verməyəcək”
“Putin gəlib Qarabağı Azərbaycana verməyəcək”27-09-2018, 09:23 |
“Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün yeganə yol hərbi gücdür”. Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana planlaşdırılan səfərinin Qarabağ münaqişəsinin həllinə təkan verəcəyinə dair gözləntilərə münasibət bildirən deputat Araz Əlizadə deyib. Araz Əlizadənin sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün hərbi qüdrətini işə salmalıdır: “Mən belə iddiaları irəli sürənləri nə başa düşürəm, nə də onlarla razılaşıram. Hamı bilsin ki, Putin gəlib Qarabağı Azərbaycana verməyəcək. Qarabağı Azərbaycan Ordusu işğaldan azad etməli və bununla da ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır. Başqa variantlardan danışmağa dəyməz. Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün hərbi əməliyyatlara başlasa, kim bizə nə deyə bilər? Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və buna istinad edərək qəti addımlar atmalıyıq. İndi məlumatlar yayılır ki, ermənilər Qarabağda hərbi aviasiyadan istifadə edərək, təlimlərə başlayıblar. Onların istər hava, istərsə də yerüstü hərbi texnikaları xəbərdarlıqsız məhv edilməlidir. Mən Qarabağ məsələsinin həllində hərbi yolun alternativini görmürəm”. Geri qayıt |