Əsas Səhifə > Partiya, Güney Press > "Kriminal ailə"nin “demokrat uşaqları” yenə bir arada

"Kriminal ailə"nin “demokrat uşaqları” yenə bir arada


19-12-2017, 09:22
"Kriminal ailə"nin “demokrat uşaqları” yenə bir arada
Azərbaycan dövlətinin uğurları artdıqca ölkəmizə qarşı təzyiqlər də güclənir. Xalqla hakimiyyətin birliyini pozmağa çalışan xarici qüvvələr onların yerli havadarlarından istifadə edərək ölkəmiz əleyhinə kampaniyalar aparırlar. Bu gün dünyaya demokratiya dərsi keçməyə çalışan qərb ölkələrinin əksəriyyətində insan hüquqlarının qorunmasında ciddi problemlər olsa da, bilərəkdən diqqət kənar dövlətlərə yönəldilir. Azərbaycanda qanun çərçivəsində görülən tədbirlər belə, insan hüquqlarının pozuntusu kimi qələmə verilir. Maraqlıdır ki, bu gün Azərbaycanda yaşayan insanların hüquq pozuntularından şikayəti olmadığı halda, Avropaya sığınan antimilli ünsürlər xalq adından çıxış edərək Avropadakı ağalarına ölkəmizdə demokratiyanın pozulduğunu göstərmək istəyirlər. Bu məqsədlə müxtəlif məqsədlərlə ölkədən gedib Avropa ölkələrində məskunlaşan azərbaycanlılardan istifadə edilir. Məsələn bu günlərdə də bir qrup azərbaycanlı Almaniyada yenidən Azərbaycan əleyhinə aksiya təşkil etməyə cəhd göstərib. Aksiyanın əsas təşkilatçısı Pərvin İsmayılov adlı şəxs olub. Facebook profilini izlədikdə görürük ki, bu şəxs doğulub boya-başa çatdığı Azərbaycana qarşı kin-küdurət, qərəz hissi ilə yaşayır, ölkədə görülən müsbət işlərə kölgə salmaq, haqq işimiz uğrunda aparılan mübarizəyə zərbə vurmaqla məşğuldur. O, sanki işini-gücünü atıb ətrafındakı 5-10 nəfərlə birlikdə ancaq antiAzərbaycan fəaliyyəti göstərərək, açıq-aşkar erməni dəyirmanına su tökür.

Aksiyanın təşkil olunmasında ona antiAzərbaycan cəbhəsinə yeni qoşulanlardan Rafiq Təmrazov, Zaman Bünyatov kimiləri yardım ediblər. Almaniyada yaşayan soydaşlarımızın verdikləri məlumata görə, onlar aksiyadan öncə bir sıra şəhərlərdə aksiyaya dəvətlə bağlı vərəqələr paylayıblar. Almaniyada və ətraf ölkələrdə yaşayan azərbaycanlılara az qala yalvararaq onları aksiyaya qoşulmağa çağırsalar da, sonda biabır olublar. Aksiyaya gələnlərin sayı 10-12 nəfərdən artıq olmayıb. Gələnlər də yenə də eyni simalar, eyni adlar: Emin Bəşirli, Ceyhun Əlizadə, Vəfa Əlizadə və Azərbaycanda "kriminal ailənin demokrat uşaqları" adı ilə tanınan Elmir və Elvin Şirəliyevlər. Şüarları da dəyişməyib: Yenə də köhnə havaya oynayıblar. Demokratik azadlıqlar, "siyasi məhbus” məsələsi və s.

Əslində özünə hörmət edən biriləri olsaydılar, bu fiaskodan sonra ayıblarına qısılıb susardılar. Amma utanmaz-utanmaz sosial medianın verdiyi imkanlardan istifadə edərək, guya böyük bir iş gördüklərini iddia edirlər. Sosial şəbəkələrdəki profillərində paylaşımlar qoyur, çağırışlarda bulunur, özlərini qəhrəman kimi təqdim etməyə çalışırlar. Sual meydana çıxır: Axı siz nə etmisiniz? Etdiyiniz hansısa məqsədlə qaçıb getdiyiniz xarici ölkədə valideynlərinizin, yaxınlarınızın yaşadığı doğma Vətəninizi gözdən salmaqdan başqa bir şey deyil! Bununla qürur duymaqdansa, utanmalısınız!

Diqqət yetirəndə görürsən ki, bunlar hətta bu gün azadlıqda olan şəxsləri də "siyasi məhbus” kimi qələmə verirlər.... Bu faktın özü nə qədər qərəzli, qeyri-obyektiv olduqlarını açıq-aşkar göstərir. Əslində, bu kimi antiAzərbaycan mövqeyi tutmuş şəxslərdən hansısa obyektivlik gözləmək də yersizdir. Bu adamlar iddia edir ki, Azərbaycanda demokratiya yoxdur, siyasi fəallar təqib olunur. O zaman sual olunur ki, Azərbaycanda demokratiya yoxdursa, Bakıda keçirilən mitinqlərdə hakimiyyət əleyhinə fikirlər necə səsləndirilir? Yaxud siyasi fəallar təqib edilərək həbsə atılırlarsa, o halda biət etdiyiniz Əli Kərimli, İsa Qəmbər, eləcə də digər radikallar necə azadlıqdadırlar?

Neçə illərdir Avropada məskunlaşan bu şəxslər bir dəfə də olsun Azərbaycan torpaqlarının işğalı, ölkəmizə qarşı ikili standartlardan bəhs etməyiblər. Bu kimi hallara qarşı səslərini ucaltmayıblar. Yaşadıqları ölkələrin ikili standartlarına etiraz bildirməyiblər. Gedib oturublar orda, ancaq insan hüquqlar, "siyasi məhbus” mövzusundan yapışıblar.

Ümumiləşdirsək, belələri öz şəxsi məqsədlərinə çatmaq üçün dövlətlərini aşağılamaq yolu tutanlardır. Yenə də Avropa arzularına çatmaq üçün vətəni satanlar və yenə də bundan istifadə edən müəyyən qüvvələrin mühacirlər arasından yeni Emin Milli, Həbib Müntəzir, Orduxan Teymurxan kimiləri "yetişdirməyə" etdiyi cəhdlər.
Artıq ölkəmiz əleyhinə aparılan bu informasiya savaşı, qeyri-sağlam mübarizə üsulu bəzi adekvat tədbirlərin görülməsini zərurətə çevirir. Bu gün Avropada dəbdəbəli həyat tərzi sürüb, antiAzərbaycan fəaliyyətdə bulunan, erməni lobbisinin maliyyəsi ilə düşmən dəyirmanına su tökənlər, şəxsi maraqlarına görə Azərbaycanı satanlar barədə müvafiq ölçü götürməyin zamanı yetişib.
\\kaspi.az\\
Geri qayıt