Əsas Səhifə > Partiya, Güney Press > Bəzi dairələr Azərbaycanın inkişafını həzm edə bilmirlər

Bəzi dairələr Azərbaycanın inkişafını həzm edə bilmirlər


5-10-2017, 17:47
Bəzi dairələr Azərbaycanın inkişafını həzm edə bilmirlər
Biz dəfələrlə müəyyən beynəlxalq siyasi dairələr, beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Şurası tərəfindən Azərbaycana qarşı təzyiqlərin şahidi olmuşuq. Son zamanlar antiazərbaycan kampaniyasının Avropa Şurasının rəhbərliyi səviyyəsində daha da intensiv xarakter aldığını görürük.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Avropa Şurası ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

E.Nəsirov bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi beynəlxalq təşkilatlarda yanaşma obyektiv və vahid olmalı, Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır: “Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə də bu məsələyə xüsusi diqqət ayırdı. Azərbaycan və Ermənistan eyni vaxtda Avropa Şurasına üzv olub. Ancaq saxta seçkilərin keçirildiyi, parlamentdə siyasətçilərin güllələndiyi, işğalçı, terrorizmi dövlət siyasətinə qaldırmış Ermənistana Avropa Şurasının loyal, dayanıqlı inkişaf yolu seçmiş Azərbaycana isə qərəzli münasibətinin şahidi olduq”.

Deputat qeyd edib ki, təzyiqlər Azərbaycanın müstəqil siyasət aparması, müsəlman ölkəsi olaraq inkişaf etməsi ilə bağlıdır: "Antiazərbaycan qüvvələr hər zaman çalışırlar ki, müəyyən beynəlxalq siyasi dairələrdən ölkəmiz əleyhinə təzyiq vasitəsi kimi istifadə etsinlər. Onlar Azərbaycandakı ictimai-siyasi sabitliyi həzm edə bilmirlər".

Qeyd edək ki, oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Geri qayıt