Əsas Səhifə > Partiya, Güney Press > "Onlar bilməlidirlər ki, xalqa xəyanət edənlərin axırı yoxdur"
"Onlar bilməlidirlər ki, xalqa xəyanət edənlərin axırı yoxdur"12-08-2017, 09:36 |
Məmur və məmur yaxınlarının törətdiyi harınlıqlar bu şəxslərin ən sərt şəkildə cəzalandırılması ilə bağlı təkliflərə yol açmaqdadır. Maraqlıdır, ölkə qanunlarını pozan, prezidentin xəbərdarlıqlarından nəticə çıxartmayan məmurların hansı formada cəzalandırlması daha təsirli və effektiv ola bilər? Moderator.az -a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qanunları pozan məmurların dərisinin soyulmasını təklif edib: "Məmurlar üçün ölüm hökmü də yüngül bir cəzadır. Onları asmaq lazımdır. Onların dərisi soyulmalıdır. Onların özləri də, övladları da, saxladıqları arvadlar da xalqa böyük zülmlər ediblər. Millət onsuz da bir gün onlardan bu heyfi alacaq. İnsana, millətə bu qədər zülm etməyi Allah da bağışlamaz. Bunlar Azərbaycanı soyub-taladılar, torpaqlarımızı işğal altına saldılar. Onlar ölkə prezidentinə həmişə xəyanət ediblər. Hər gün yalan danışırlar. Onların aldıqları nəfəs də yalandır. Ona görə də onların dərisini Nəsiminin dərisi kimi soymaq lazımdır. Onlar bilməlidirlər ki, xalqa xəyanət edənlərin axırı yoxdur". Geri qayıt |