Əsas Səhifə > Partiya, Güney Press > Daha bir qohumu Vidadi İsgəndərlidən imtina etdi

Daha bir qohumu Vidadi İsgəndərlidən imtina etdi


20-07-2017, 10:16
Daha bir qohumu Vidadi İsgəndərlidən imtina etdi
Hazırda xaricdə yaşayan və özünü “hüquq müdafiəçisi” kimi qələmə verərək, Azərbaycan əleyhinə iş aparan Vidadi İsgəndərlinin qardaşı ilə anasının Prezident İlham Əliyevə açıq məktub ünvanlamaları haqqında xəbər vermişdik.

Dünən Vidadi İsgəndərlinin daha bir qohumu – Hüseynov Ramin Sahib oğlu da ondan imtina edib. Virtualaz.org-un məlumatına görə, o bunu yazdığı açıq məktubda bildirib.

O qeyd edib ki, “qohumu” adlandırılan Vidadi İsgəndərlinin çirkin hərəkətlərinə ciddi etirazını bildirmək qərararına gəlib və bu müraciəti yazmağa vadar olub: “Onunla bağlı müxtəlif yazılarda mənim adımın bir yerdə hallandırılmasına qəti etiraz edirəm. Düzdür, onun bacısı qızı mənim həyat yoldaşımdır. Lakin nə həyat yoldaşım, nə də mən çirkin əməllərlə məşğul olan Vidadi Isgəndərlini qəbul etmirik, onu çoxdan unutmuşuq, onunla heç bir əqidə bağlılığımız, yaxınlığımız yoxdur və ola da bilməz. Çünki saxtakarlığı və şarlatanlığı özünə peşə seçən bu adamda nəinki əqidə, ümumiyyətlə, insana xas olan hər hansı bir keyfiyyət belə yoxdur”.

Ramin Hüseynov daha sonra vurğulayıb ki, ləyaqət və şərəf hissini itirən belə adamlar təkcə ailəyə yox, doğulduğu torpağa da ləkədir, Vidadi İsgəndərli kimi üzdəniraq hüquq müdafıəçiləri heç şübhəsiz ki, kimlərinsə əlində vasitədir: “Əgər belə olmasaydı, onda hamı kimi o da Azərbaycanın uğurlarını, ölkədə həyata keçirilən siyasətin real nəticələrini görə bilərdi. Mən və ailə üzvlərim görülən bu işlərlə qürur duyur, Azərbaycan prezidenti, o cümlədən I Vitse-prezidentə dərin minnətdarlığımızı bildiririk. Bəyan edirik ki, biz hər zaman dövlətimizin, onun liderinin yanındayıq, aparılan uğurlu daxili və xarici siyasəti dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik”.

Geri qayıt