Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan müharibəyə başlasa, Ermənistanda daş-daş üstündə qalmayacaq"

"Azərbaycan müharibəyə başlasa, Ermənistanda daş-daş üstündə qalmayacaq"


11-07-2017, 09:18
"Azərbaycan müharibəyə başlasa, Ermənistanda daş-daş üstündə qalmayacaq"
İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi Azərbayacan cəmiyyəti tərəfindən çox aqresiv şəkildə qəbul edilməkdədir. Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin bir sıra beynəlxalq təşkilatlar qarşısında, işğalçı Ermənistan səfirlikləri önündə etiraz aksiyaları davam etməkdədir.

Bununla bağlı Moderator.az saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bidlirib ki, artıq Azərbaycan ictimaiyyəti erməni vəhşilərinin körpə balalarımızın qətlə yetirilməsi faktı ilə barışmaq niyyətində olmadığını bütün dünyaya göstərmiş oldu:

“İlk öncə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanımın və Prezident Adminstarsiyasının rəhbəri hörmətli Ramiz Mehdiyevin azyaşlı Zəhra və onun nənəsi Sahibə xanımın qətlə yetirilməsi ilə bağlı göstərdiyi münasibət bötövlükdə Azərbaycan xalqının iradəsinin göstəricisi idi. Yüz minlərə, miylonlarla insan erməni vəhşiliyinin durdurulması tələbi ilə sosial şəbəkədə, mediada açıq şəkildə çağrış etdilər. Yüz minlərlə insan 2 yaşlı Zəhranın qanlışəkilini paylaşıb QISAS alınması ilə bağlı statuslar paylaşırdılar. Bütün bunların fonunda hər zaman ikili standarlarla yanaşan və yarandığı gündən 24 il keçməsinə baxmayaraq heç bir addım atmayan ATƏT-in Minsk qrupu bir gündə iki dəfə bəyant vermək məcburiyyətində qaldı. Bu səfər məcbur olub, Azərbaycan haqlı olduğunu və Ermənistanın törətdiyi əməlin cinayət xarakterli olduğunu etiraf etdilər. Bütün bunları onu deməyə əsas verdi ki, nəinki Ermənistan cəmiyyəti, həmçinin də beynəlxalq qurumlar, o cümlədən Qərb başa düşdü ki, ani bir qığılcım Azərbaycan xalqının səbrini daşıra bilər və milyonlarla insan silaha sarılıb öz tarixi torpaqlarını erməni vəhşilərindən azad etmək qısası ilə yaşayır. Tam əminliklə deyirəm ki, bütün dünya artıq qəbul etdi ki, Qarabağda müharibənin başlanmasına çox az vaxt qalıb. Qərbdə yaşayan erməni diasporası da bu faktı çox yaxşı bilir. 20 ildir Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrinin müasir silahları ilə silahlanıb və ermənilərdə çox yaxşı bilir ki, Azərbaycan müharibəyə başlasa, Ermənistanda daş-daş üstündə qalmayacaq. Son olaraq onu da qeyd edim ki, bizim partiya hər zaman Qarabağın geri qaytarılmasının yeganə yolunu müharibədə görüb. Qarabağı müharibə ilə geri qaytaracağıq!”

Geri qayıt