Əsas Səhifə > Partiya, Güney Press > ÜAK-ın ləğvi iki ölkə münasibətlərinin yaxşılaşmasından narahat olan qüvvələrin sifarişidir
ÜAK-ın ləğvi iki ölkə münasibətlərinin yaxşılaşmasından narahat olan qüvvələrin sifarişidir19-05-2017, 08:46 |
Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi narahatlıq doğurur. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. O qeyd edib ki, bu qərar Rusiya ilə Azərbaycan münasibətlərinin yaxşılaşmasından narahat olan qüvvələrin sifarişidir: "Bu qurumun məqsədi Rusiya ilə Azərbaycan əlaqələrinin yaxşılaşmasına dəstək verməkdən ibarət olub. Bu qurum təkcə Rusiyada yaşayan azərbaycanlıların birliyi deyil. Konqres həm Rusiya, həm də Azərbaycan ziyalılarını birləşdirən bir platformadır. Düzdür, bu qərar Rusiyanın daxili işidir. Amma qurumun qeydiyyatının ciddi bir səbəb olmadan ləğv edilməsi təbii proses kimi qəbul edilə bilməz. Rusiya qanunlarına görə, ölkə ərazisində fəaliyyət göstərən hər hansısa bir qurumun sənədlərindəki çatışmazlıqlar Rusiyanın maraqlarına ziddirsə, bu halda həmin qurumun fəaliyyəti dayandırıla bilər. Əgər ölkə maraqlarına zidd deyilsə, təşkilatın sənədləri qanuna uyğun şəklə salınmalıdır. ÜAK-ın fəaliyyət göstərməsi üçün çatışmayan sənədlər də Rusiyanın maraqlarına heç bir xələl gətirmir". T.Mirkişili hesab edir ki, Rusiyada yaşayan azərbaycanpərəst qüvvələr və Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasına xidmət edən şəxslər iki ölkənin çoxtərəfli əlaqələrini rəhbər tutaraq bəlli olmayan səbəbdən bu qurumun ləğv edilməsinin qarşısını alacaq. Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib. Geri qayıt |