Əsas Səhifə > Partiya, Güney Press > Milli Məclisdə deputatlar arasında mübahisə düşdü
Milli Məclisdə deputatlar arasında mübahisə düşdü21-04-2017, 13:05 |
Milli Məclisinin Reqional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputatlar arasında mübahisə düşüb. AzVision.az-ın məlumatına görə, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsinin müzakirəsi zamanı Fəzail İbrahimli bildirib ki, qanun layihəsi ətrafında suallar bilgisizlikdən ortaya çıxıb. “Əgər oxusanız, görərsiniz ki, sualların hamısı burada əksini tapıb. Cəza tədbirlərinin görülməsi ilə bağlı suallar daha çox verilir. Qanun layihəsində bu da öz əksini tapıb. Bələdiyyə üzvləri davranışlarında diqqətli olmalıdırlar”. F.İbrahimlinin fikirləri deputat Qənirə Paşayevanın etirazına səbəb olub. Xanım deputat qanun layihəsini tam oxuduğunu və bəzi məqamlarla razılaşmadığını deyib. “Qanun layihəsinin 17.2-ci maddəsindəki qeyd edilir ki, intizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Bu necə ola bilər? Hansısa bələdiyyə üzvü xəta törədibsə, burada nüfuz və peşəkarlıq nə rol oynaya bilər? Bu məqamla razı deyiləm. Qanun layihəsini də oxumuşam, qaranlıq məqamlarla bağlı da suallar vermişəm. Oxumağı da yaxşı bilirəm". Geri qayıt |