Əsas Səhifə > Partiya, Güney Press > "Rəsul Quliyev dünya siyasətini hələ də "zavoddan yanacaq oğurlamaqla" eyniləşdirir"

"Rəsul Quliyev dünya siyasətini hələ də "zavoddan yanacaq oğurlamaqla" eyniləşdirir"


30-03-2017, 08:38
"Rəsul Quliyev dünya siyasətini hələ də "zavoddan yanacaq oğurlamaqla" eyniləşdirir"
“Bu gün Rəsul Quliyevin özünə oxşar "Meydan"Tv-yə verdiyi bir müsahibəni dinlədim. Bir daha anladım,bu adam özünü o qədər bəyənib ki, "yetənə yetir, yetməyənə bir daş atır". Onun sərsəmləməsindən belə çıxır ki, guya 15 Mart hadisələri zamanı mərhum prezident Heydər Əliyev Rəsul Quliyevdən məsləhət alırmış. Guya ekstremal şəraitdə nə edəcəyini bilmirmiş”. Modern.az xəbər verir ki, bu fikirləri jirnalist, Qarabağ müharibəsi qazisi Xəqani Rzaquliyev bildirib.
X.Rzaquliyev daha sonra yazır: “Bu adam heç olmasa xatırlamayıb ki,H,Əliyev peşəkar “KGB” əməkdaşı kimi Çexoslovakiya hadisələrinin yatırılmasında iştirak edəndə R.Quliyev "aşırma şalvar" geyinirdi. Bu özündən müştəbeh "badbaxt" mühacirimiz keçmiş döyüşçülər və qəhrəman OMON-çular haqqında istehza ilə danışaraq nə etdiyimizi S.Osmanqızından soruşur. Erməniyə yanacaq satan, Bişkekdə atəşkəsə imza atan (Rəhmətlik A.Cəlilov imza etməkdən imtina etmişdi), zavallı mühacir, heç olmasa ABŞ-dakı erməni "axperciklərindən" (dostu İ.Muradyandan da olar) mənfur erməni işğal planı barədə məlumat ala bilərdi”.
X.Rzaquliyevin sözlərinə görə, bu düşük mühacir başqa bir video müraciətdə isə ölkə prezidenti İlham Əliyevin çıxışı barədə iradlarını bildirir: “Bu "badbaxt" hakimiyyətdə təmsil olunduğu gündən bu günədək antierməni bir cümlə belə işlətməyib. Keçmiş döyüşçüləri, əlilləri aşağılayan fikirləri dəfələrlə etiraz doğurub. Rəsul Quliyev dünya siyasətini hələ də "zavoddan yanacaq oğurlamaqla" eyniləşdirir. Bu "badbaxt" bilmir ki, İlham Əliyev Azərbaycanın müstəqillik tarixində ərazi itirməyən və bir neçə hərbi-strateji məntəqəni azad etməyi bacaran tək prezidentdir. Düşmənə qarşı mövqeyini aşkar ortaya qoyan bir rəhbərdir. Badbaxt Rəsul müəllimi görəsən ermənilərlə nə bağlayır?”.

Geri qayıt