Əsas Səhifə > Partiya / Güney Press > "Hazırda bahalanma inkarsız faktdır"
"Hazırda bahalanma inkarsız faktdır"23-03-2017, 11:46 |
![]() В«Ölkədə Novruz bayramı öncəsi qiymətlərin qalxması faktdır və bunu danmaq olmazВ». Bunu AzadlıqRadiosuna deputat, iqtisadçı Vahid Əhmədov bildirib. V.Əhmədov vurğulayıb ki, artıq Azərbaycanda bayram öncəsi qiymət artımı В«ənənəВ» halını alıb: В«Ola bilər ki, burada sahibkarların, adi ticarətçilərin, möhtəkirlərin öz payı var. Amma bu xalqı qiymətlərin qalxması problemindən azad etmir. Buna göz yummaq olmaz. Hazırda bahalanma inkarsız faktdırВ». V.Əhmədov qeyd edib ki, xüsusilə ərzaq mallarında bahalanma özünü daha açıq şəkildə göstərir. Deputat ətin bahalanmasına da toxunub: В«Keçən il mal ətinin bir kiloqramı 8-9 manat idi. İndi isə 12-13 manata qalxıb. Bu da aydındır ki, ölkədə kifayət qədər ət olsaydı, qiymətlər bu qədər bahalana bilməzdiВ». Geri qayıt |