Əsas Səhifə > Partiya, Güney Press > "Bu bizim və Lalə Şövkətin hər zaman əsas prinsipi olub"
"Bu bizim və Lalə Şövkətin hər zaman əsas prinsipi olub"3-03-2017, 08:23 |
Millət vəkili Arif Rəhimzadənin Rusiya mətbuatına verdiyi müsahibəsi cəmiyətdə birmənalı qarşılanmayıb. A.Rəhimzadə bildirib ki, azərbaycanlılar türk deyil. ALP sədri Əvəz Temirxan Moderator.az -a açıqlamasında deputatın dediklərinə münasibət bildirib: "Biz partiya olaraq azərbaycanlıları millətlərə bölmürük. Bu bizim və Lalə Şövkətin hər zaman əsas prinsipi olub. Arif Rəhimzadayə gəldikdə isə yaxşı olar ki, o tarix kitabları oxusun. Görünən odur ki, Rəhimzadə hələ də Sovetlərin təbliğ etdiyi ideologiya ilə yaşayır. Azərbaycanda yaşayan insanların 90 faizi türkdü. Qalan 10 faizi də bizim qardaş-bacılarımız. Biz heç zaman ölkəmizdə yaşayan xalqlar arasında ayrı-seçkilik salmamışıq." Geri qayıt |