Əsas Səhifə > Partiya, Güney Press > "Rusiyanın Qarabağ təklifi müsbət addımdır"
"Rusiyanın Qarabağ təklifi müsbət addımdır"1-02-2017, 10:02 |
Hələlik Dağlıq Qarabağ məsələsinin həllində atılacaq hansısa addımdan danışmaq tezdir. Bu sözləri Moskvanın təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edən millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputat sözügedən təklifi müsbət qiymətləndirib: “Əslində, müharibə getmirsə, xarici işlər nazirləri görüşməli və bu məsələlərin dinc yolla həllinə təşəbbüs göstərməli və müzakirələr aparmalıdırlar. Hələlik Dağlıq Qarabağ məsələsinin həllində atılacaq hansısa addımdan danışmaq tezdir. Ümumiyyətlə, danışıqlar bərpa olunarsa, bu, özlüyündə müsbət hadisə olacaq”. Qeyd edək ki, Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə rəsmi Bakının razılıq verdiyini açıqlayıb.(Axar.az) Geri qayıt |