Əsas Səhifə > Partiya, Güney Press > Əli Həsənov məcburi köçkünlərin payına şərik çıxır
Əli Həsənov məcburi köçkünlərin payına şərik çıxır25-01-2017, 08:14 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. dia-az.life-ın xəbərinə görə, bu barədə mia.az-a açıqlama verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib ki, prezident hər zaman qərar verəndə humanizm nümayiş etdirir. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərə diqqət və qayğı dövlət başçısının fəaliyyətində özünü göstərir. Partiya sədri qeyd edib ki, İ.Əliyev hər zaman köçkünlərə diqqətlə yanaşır. Hətta o, öz ad gününü də onlarla bir yerdə keçirir. Amma hakim komandanın bəzi üzvləri ondan nümunə götürmək əvəzinə, köçkünləri narazı salmağa çalışırlar: "Prezident çox gözəl bilir ki, köçkünlərə nəzərdə tutulan yardımın ünvana yetişməsində problemlər var. Kommunal xidmətlərlə bağlı yaradılan süni əngəllər də bunu deməyə əsas verir. Ona görə də İlham Əliyev köçkünlərə 36 manat aylıq müavinətin verilməsi ilə bağlı sərəncam imzaladı. Hesab edirəm ki, bu, ən optimal variantdır». Partiya sədri deyib ki, son illər məcburi köçkünlərin sayının şişirdilməsi, onlara edilən güzəştlərin başqalarına şamil edilməsi kimi halları artıb. «Bu sahəyə cavabdeh olan Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yalnız öz maraqlarını güdür. Ona görə də dərəbəylik yaranıb, kim nə bilirsə, onu edir. Araşdırsanız görərsiniz ki, qaçqın şəhərciklərində yüzlərlə haqqı olmayan adamların mənzilləri var. Ən acınacaqlısı odur ki, hakimlər, prokurorlar, icra başçıları, yaxud onlara yaxın adamlar da həmin şəhərcikdə mənzil alıblar. Yerli adamlar var ki, qaçqın vəsiqəsi gəzdirir. Bütün bunlar Əli Həsənov və onun rəhbəri olduğu qurumun yaratdığı rüşvət və korrupsiya şəbəkəsinin nəticəsindədir. Bu cür "pripiska”lar nəticəsində köçkünlərin sayı şişirdilir, ayrılan vəsait bölgü nəticəsində azalır. Yəni, kimlərsə köçkünlərin payına şərik çıxır. Ona görə də hesab edirəm ki, əziz qardaşım bu istiqamədə doğru addım atıb. Şəffaflıq və ədalətin təmin olunması üçün bir sıra addımların atılması olduqca vacibdir»,- deyə partiya sədri fikrini tamamlayıb. Geri qayıt |