Əsas Səhifə > Partiya, Güney Press > "Ermənilər heç özləri də bilmirlər ki, “artsax” sözünün mənası nədir"

"Ermənilər heç özləri də bilmirlər ki, “artsax” sözünün mənası nədir"


8-11-2016, 09:03
"Ermənilər heç özləri də bilmirlər ki, “artsax” sözünün mənası nədir"
Ermənilər düz yüz ildən çoxdur ki, taktikalarını müxtəlif mərhələlərdə dəfələrlə dəyişiblər.

Bu sözləri Axar.az-a açıqlamasında separatçı rejimin Dağlıq Qarabağın adının dəyişdirilməsi barədə qərar qəbul etməsinə münasibət bildirərkən millət vəkili Astan Şahverdiyev deyib. Deputat bildirib ki, ermənilər tamam başlarını itiriblər:

“Ermənilər heç özləri də bilmirlər ki, “artsax” sözünün mənası nədir. “Artsax” - əslində alban sözüdür. İndi bu məsələnin yenidən ortaya atılması birbaşa danışıqlar prosesini pozmağa yönəlib və növbəti təxribatdır. Dağlıq Qarabağ birmənalı olaraq Azərbaycan torpağıdır. Mənə elə gəlir ki, beynəlxalq təşkilatlar nəinki bu məsələdə, indiyə qədər Dağlıq Qarabağla bağlı bütün məsələlərdə heç bir effektiv rol oynamayıblar. Ermənistan isə bu cür canfəşanlıqlarla heç nə əldə edə bilməyəcək”.

Millət vəkili bildirib ki, əgər Dağlıq Qarabağ münaqişəsi sülh yolu həll olunmazsa, onda alternativ yolla əl atılacaq:

“Ölkə başçısının da dediyi kimi, biz müharibə istəmirik və çalışırıq ki, problemi sülh yolu ilə həll edək. Lakin ermənilərin qeyri-konstruktiv mövqeyinə görə bu məsələ sülh yolu ilə həll olunmur. Əgər münaqişə sülh yolu ilə həll olunmazsa, onda alternativ yola əl atılacaq. Bunun hansı yol olduğunu isə Azərbaycan apreldə Ermənistana sübut edib”.

Qeyd edək ki, Azərbaycanın Qarabağ ərazilərindəki separatçı işğalçı rejim Dağlıq Qarabağın adının dəyişdirilməsi, “Artsax Respublikası” adlandırılması barədə qərar qəbul edib.

Geri qayıt