Əsas Səhifə > Partiya, Güney Press > "Eldar Mahmudovdan çəkinən, ona dəstək verən qüvvələr göründüyü kimi iş başındadılar"

"Eldar Mahmudovdan çəkinən, ona dəstək verən qüvvələr göründüyü kimi iş başındadılar"


26-10-2016, 09:13
"Eldar Mahmudovdan çəkinən, ona dəstək verən qüvvələr göründüyü kimi iş başındadılar"
“İlham Əliyev referendumdan sonra ciddi islahatlara hazırlaşır. Bunu hiss edən rüşvətxor məmurlar artıq prezidenti sabotaj etmək üçün addımlar atmağa başlayıb”.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Partiya sədrinin sözlərinə görə müəyyən insanlar bilərəkdən ölkədə gərginlik yaradırlar:

“Manat yenidən ucuzlaşır, bazarda qiymətlər bahalaşır. Müəyyən insanlar var ki, özləri bilərəkdən bunu edirlər. Onlar bununla xalqı prezidentin üzərinə qaldırmaq istəyirlər. Xalq isə ağı qardan seçə bilir. Hamı görür ki, prezident xalqa xidmət etmək üçün hansı addımlar atır. Bunu istəməyən müəyyən daxili qüvvələr prezidentə qarşı "səlib yürüşü" elan ediblər. Çünki islahatlar onlara sərf etmir. Hesab edirəm ki, prezident bu şəxslərə qarşı təcili tədbir görməlidir. Bu gün Eldar Mahmudovun obyektlərinin yenidən açıldığı haqda məlumatlar dolaşır. Keçmiş nazirdən çəkinən, ona dəstək verən qüvvələr göründüyü kimi iş başındadılar. Azərbaycana qarşı sapı özümüzdən olan baltalar təbliğat aparır. Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-da ölkəmizə qarşı aparılan anti-Azərbaycan təbliğatının əsas təşkilatçılarından biridir. Ziya Məmmədovun qudası, Kənd Təsərüfatı Naziri Heydər Əsədov isə ölkənin pulunu talamaqla məşğuldur. Ölkəmiz bu tip məmurlardan tezliklə yaxa qurtarmalıdır. Mən Hafiz Hacıyev olaraq prezidentə qarşı olan qüvvələrə qarşı ideoloji müharibəmdə bir addım da geri çəkilməyəcəm. Mənə qarşı olan bütün təhdidlər məni yolumdan döndərə bilməz, çünki mən doğru yoldayam”.

Geri qayıt