Əsas Səhifə > Partiya, Güney Press > Müsavat sədrinin müavini Fərəc Kərimlinin cəzası 3 ilə endirildi

Müsavat sədrinin müavini Fərəc Kərimlinin cəzası 3 ilə endirildi


24-05-2016, 11:50
Müsavat sədrinin müavini Fərəc Kərimlinin cəzası 3 ilə endirildi
Ali Məhkəmədə Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli və qardaşı Sirac Kərimlinin kassasiya şikayətlərinə baxılıb. Lent.az-a bu barədə vəkil Nemət Kərimli məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmə Sirac Kərimlinin şikayətini təmin etməyib. Məhkəmə F.Kərimlinin maddəsini isə 234.4.3-cü maddədən 234.1-i maddəyə tövsif edib və onun cəzasını 3 ilə endirib.

Qeyd edək ki, Fərəc Kərimli və onun bitərəf olan qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. F.Kərimli 6,5 il, S.Kərimli isə 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. S.Kərimli 17 mart 2016-cı il tarixində əvf olunub. Bununla belə, o, bəraət hökmü çıxarılmasını istəyir.

Geri qayıt