Əsas Səhifə > Partiya, Güney Press > YAP-çı deputat Sərkisyanı niyə Qorbaçova bənzətdi?
YAP-çı deputat Sərkisyanı niyə Qorbaçova bənzətdi?27-04-2016, 09:59 |
“Həm Qorbaçov, həm Sarkisyan tarixin ədalətli olduğunu heç cürə dərk etmək istəmirlər. Mixail Qorbaçov və Serj Sarksyanın son günlər verdiyi bəyanatlar onların oxşar düşüncəli olduğunu ortaya çıxartdı”. AzVision.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə keçmiş SSRİ rəhbəri ilə hazırkı Ermənistan rəhbərliyini müqayisə edərkən deyib. O, bildirib ki, SSRİ-nin keçmiş lideri bir neçə gün əvvəl gənclərlə görüşündə ilk dəfə olaraq SSRİ-nin dağılmasında öz günahını etiraf edib. Ancaq bu etiraf da ənənvi olaraq “qorbaçovsayağı” baş verib. Belə ki, o bildirib ki, ittifaqın son illərində öz komandasının müqavimətini qıra bilməyib. “Bu tip izahatlar bir qayda olaraq ambisiyalı və yarımçıq adamlara xas olan xüsusiyyyətdir. Son sovet lideri nədənsə bütün fikirlərini ancaq ittifaq dövlətinin dağılması faktı üzərində qurur. SSRİ-nin keçmiş çar Rusiyasının işğal etdiyi torpaqlar üzərində qurulduğunu və həmin torpaqların tarixi sahibləri olan xalqların müqəddaratını təyin etmə və müstəqil dövlət qurmaq hüququna malik olması həqiqətini isə bu uğursuz siyasətçi qəbul etmək istəmir. Eyni zamanda Qorbaçov düşünülməmiş və avantürüst eksperimentləri nəticəsində SSRİ-ni dərin böhrana saldığını, 250 milyon əhalini aclığa düçar etdiyini, Azərbaycana 20 yanvar 1990-cı il, Gürcüstana 9 aprel 1989-cu il Tiflis, Özbəkistana 1989-cu il Fərqanə, Litvaya 13 yanvar 1990-cı ilə faciələri yaşatdığının məsuliyyətini boynuna almaq istəmir”. Eyni yanaşmanı Ermənistan prezidenti Serj Sarkisyanın nümayiş etdirdiyini deyən deputatın sözlərinə görə, 2-5 aprel tarixlərində Ermənistan-Azərbaycan cəbhəsində yaşanan hərbi əməliyyatları, nəticədə Ermənistandan 300 nəfər insanın ölməsi və bütün Ermənistanın fəlakət yaşaması məsuliyyətini o özündən başqa hər kəsdə görür: “Dünən sərəncamı ilə ölkəsinin müdafiə nazirliyinin maddi-texiniki təchizata məsul generalını, rabitə rəhbərini və hərbi kəşfiyyat rəhbərini işdən azad edib. Bununla da hərbi məğlubiyyətinin təchizat və rabitənin pis olması ilə izah edib. Xarici mətbuata verdiyi müsahibələrdə isə Azərbaycanı işğal altında olan torpaqlarının bir hissəni azad etdiyinə görə ittiham edir. Qorbaçov kimi Sarksyan da öz şəxsi məsuliyyətini etiraf etmək istəmir. Özünün bilavasitə iştirakı ilə ötən əsrin 90-cı illərində xaricdəki bəzi dairələrin dəstəyi ilə Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi, 1 milyondan çox azərbaycanlının öz yaşadıqları yerdən çıxarılması, əsrin faciəsi olan Xocalı faciəsinin törədilməsini nədənsə Ermənistan rəhbəri yada salmaq istəmir. Eyni zamanda etiraf etmək istəmir ki, Azərbaycan və Türkiyə torpaqlarına iddia və düşünülməmiş siyasət Ermənistanın dərin böhrana düçar edir. 1991-ci ildə 3,5 milyon əhalisi olan Ermənistanın hazırda 2, 8 milyon nəfərə düşməsi, əhalinin 35 fazinin kasıbçılıq həddindən aşağı yaşaması birbaşa onun məsuliyyətidir. Sarkisyanların “Böyük Ermənistan” nağılına tək sadə ermənilər deyil, elə özünün yaratdığı elita da inanmır. Bir neçə ilə əvvəl Ermənistanın Milli Təhlikəsizlik Xidmətinin kadrlar idarəsinin keçmiş rəisinin birdən-birə ABŞ vətəndaşlığı alaraq ölkəni tərk etməsi, ötən il isə İrəvan polis rəsinin vəzifəsindən imtina edərək Amerikaya köçməsi Sarksiyan siyasətinin real nəticələridir”. A.Mirzəzadə bir faktı da yada salaraq qeyd edib ki, Sariksyan Qorbaçovun SSRİ rəhbəri olduğu dövrlərdə, 1989-cu ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində hərbiləşdirlimiş dəstələr yaradaraq gələcək işğala hazırlaşırdı. “Həm Qorbaçov, həm Sarkisyan tarixin ədalətli olduğunu heç cürə dərk etmək istəmir. Ancaq ədalətin bərpa edilməsi məsələsində tarix heç də bu siyasət dəllallarından və cəlladlardan icazə almaq fikrində deyil”-deyə millət vəkili qeyd edib. Geri qayıt |