Əsas Səhifə > Partiya, Güney Press > Rüstəm İbrahimbəyov cəbhədəkli hadisələrdən danışmaqdan imtina etdi

Rüstəm İbrahimbəyov cəbhədəkli hadisələrdən danışmaqdan imtina etdi


18-04-2016, 09:44
Rüstəm İbrahimbəyov cəbhədəkli hadisələrdən danışmaqdan imtina etdi
“Uzun müddət idi ki, Bakıya gələ bilmirdim. Qısamüddətli də olsa, arzuma çatdım. İndi özümü çox yaxşı hiss edirəm”. Bunu Modern.az-a açıqlamasında tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov deyib.

O, hər şeydən çox Bakı üçün darıxdığını deyib.

“Bakı üçün çox darıxırdım. Gəldim, gördüm və yenidən geri qayıtdım”.

Rüstəm İbrahimbəyov aprel ayının əvvəlində Qarabağ cəbhəsində yaşananlara bir ziyalı kimi münasibət bildirmək istəməyib.

“İndiki siyasi proseslər haqqında nəsə deməyə sözüm yoxdu. Cəbhədə baş verənlərdən xəbərim var. Amma, bu barədə nəsə fikir söyləyə bilməyəcəm”.

Qeyd edək ki, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov 2013-cü ilin prezident seçkilərində siyasi proseslərə qoşulub. Lakin axıra qədər siyasi aktivlik nümayiş etdirə bilməyib.

O, bu il mart ayının 23-də qardaşı Maqsud İbrahimbəyovun dəfnində iştirak etmək üçün Bakıya gəlmişdi.

Geri qayıt