Əsas Səhifə > Partiya, Güney Press > ““Heç bir yüksəklik, torpaq alınmayıb” kimi yalan fikirləri əxlaqsızlığın zirvəsi sayıram”

““Heç bir yüksəklik, torpaq alınmayıb” kimi yalan fikirləri əxlaqsızlığın zirvəsi sayıram”


7-04-2016, 08:51
““Heç bir yüksəklik, torpaq alınmayıb” kimi yalan fikirləri əxlaqsızlığın zirvəsi sayıram”
"Atəşkəs elan olunandan yayılan xəbərləri, yazılan statusları oxuyuram. Erməni - Rus birləşməsi var gücü ilə təxribat törətmək, yalan yaymaq və ölkə daxilində bir inamsızlıq yaratmaq istəyir. Bəzi qaraguruhlar da onları tirajlamaqla məşğuldurlar. Məni hakimiyyətə yarınmaqda suçlamaq arzusunda olanlara bir daha bildirirəm ki, bu hakimiyyət bacardığı bütün pislikləri mənə edib, azadlıqdan məhrum edilməkdən betərini də.

Hakimiyyətin heç bir pisliyini, xüsusilə “Bandotdel”a aparılıb təhqir olunmağımı, ölümlə təhdid olunmağımı unutmaq fikirim olmayıb və heç vaxt da olmayacaq!
Bununla belə, “xalqın uşaqlarını qırğına verdilər”, “bu da bir oyun idi”, “sadəcə camaata kələk gəldilər”, “heç bir yüksəklik, torpaq alınmayıb” kimi yalan fikirləri əxlaqsızlığın zirvəsi sayıram. Bu ifadələr tək hakimiyyət təmsilçilərinə yox, birinci növbədə torpaq uğrunda həlak olan şəhidlərimizə, onların yaxınlarına, bütövlükdə xalqa qarşı təhqirdir.

Son günlər baş verənləri, qüruru sındırılmış insanların özünə güvəninin qaytarılmasını, insanlarımızın Vətəndaşa çevrilmələrini, bir-birinə doğmalaşmasını, Qarabağı azad etmə əzmini görməmək ya korluq, ya da Vətənə qarşı olan nankorluqdur. 1990-cı illərdə torpaqlarımızı məhz belələrinin təxribatlarına görə itirdik.
Ona görə bu tip status paylaşanları yazılarına cavablarla peşman etmək lazımdır.
P.S. Bu ruhda, birlikdə olan millətin ədalətli cəmiyyət quracağına heç kim şübhə etməsin."

Aslan İsmayılov, tanınmış hüquqşunas

Geri qayıt