Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanda dövlət himnini bilməyən nazirlər var”
“Azərbaycanda dövlət himnini bilməyən nazirlər var”8-03-2016, 09:55 |
Bütöv Azərbaycan Ocaqlarının sözcüsü Dilavər Əzimli 1918-ci ildə Azərbaycanda bütün bağça və məktəblərdə dövlət himnimizin oxunduğunu, lakin bu ənənənin bu gün davam etmədiyini, bir çox insanın dövlət himninin sözlərindən xəbərsiz olduğunu bildirib. (http://www.moderator.az/news/124413.html ). Maraqlıdır, 1918-ci ildəki bu ənənənin yenidən tətbiqinə ehtiyac varmı? Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu dövlət himninin sadəcə təhsil müəssisələrində deyil, bütün rəsmi tədbirlərdə oxunmasının, dövlətə məxsus bütün inzibati binalarda səsləndirilməsinin vacibliyini vurğulayıb: “Nəinki təhsil müəssisələrində, bütün dövlət müəssisələrində dövlət himninin oxunması oldquca vacibdir. Dövlətə aid hər bir müəssisədə keçirilən bütün tədbirlər zamanı dövlət himni oxunmalıdır. Bizdə siyasi partiya olaarq elə bir tədbir olmayıb ki, həmin tədbirdən öncə dövlət himni oxunmamış olsun. Lakin təəssüflər olsun ki, bu gün nəinki sadə vətəndaşlar, hətta nazirlər arasında da dövlət himnini bilməyənlər var. Onlar rəsmi tədbirlər zamanı himn çalınanda dodaqlarını tərpədə bilmirlər. Çünki himndən, onun sözlərindən xəbərsizdirlər. Mən dəfələrlə buna şahid olmuşam. Bu, biabırçılıqdır. Bu, milli dövlətçilik sevgisinin, milli dövlətçilik şüurunun zəifliyindən xəbər verir”. Geri qayıt |