Əsas Səhifə > Partiya, Güney Press > İkiyə bölünmüş DAK-lardan birinə yeni sədr seçildi

İkiyə bölünmüş DAK-lardan birinə yeni sədr seçildi


4-03-2016, 09:37
İkiyə bölünmüş DAK-lardan birinə yeni sədr seçildi
Burusseldə ikiyə bölünmüş Dünya Azərbaycanlıları Konqresindən (DAK) birinin qurultayı keçirilib. Sayca 14-cü qurultay olduğu bildirilən tədbir Azərbaycanın dövlət himni ilə başlayıb.

Təşkilatdan Modern.az-a verilən məlumatda bildirilib ki, İstanbul Azərbaycan Kültür Evi başkanı Hikmət Alp qurutay iştirakcıların salamlayaraq, bu tədbirin digərlərindən fərqləndiyini, verilən qərarların havada qalmamasını arzulayıb və böyük çətinliklə olsa da qurultaya qatılmağı bir azərbaycanlı olaraq özünə borc bildiyini xatırladıb. Türkiyədə doğulmasına və böyüməsinə baxmayaraq, atalaraının Ermənistan deyilən Qərbi Azərbaycandan Türkiyəyə gəldiyini vurğulayıb. Qeyd edib ki, DAK-ın qapıları azərbaycanlıyam-türkəm deyən hər kəsə açılmalıdır.

İsvecdən qurultaya qatılan əslən təbrizli Əsəd Sadiqi isə illərdir diaspora işinin icində olduğunu və dəfələrlə DAK-ın qurultaylarına qatılsa da, son bir-necə qurultaya qatılmakdan imtina etdiyini vurğulayıb. Özü kimi cox insanın eyni addımı atdığını deyən Sadiqi bunun əsas səbəbinin, insanlar arasında DAK-a etimadının qalmamasıyla izah edib. Bu düşüncənin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb. “Hazırda buna bir faiz ümüdüm var. Amma yenə də gəldim. Bəzən o yüzdə bir real olur. Yeter ki, iş görmek istəyənlər olsun”.

İsvecdən olan Məmməd Azər təklif edib ki, DAK sədrlərinə verilən bəzi səlahiyətlər təşkilat komitəsinə verilsin.
“15 nəfərden ibarət İdarə Heyətinin hər biri müxtəlif ölkələrdə yaşayırlar və hər dəfə bir araya gəlmək imkanları olmur. Odur ki, 5 nəfədrən ibarət təşkilat komitəsi yaradıb, onlara müəyyən qərarlar vermələri ücün səlahiyət verilməlidr”.

DAK sədrinin müavini Asif Kurban (Türkiyə) Xocalı şəhidlərini sayğıyla anıb. Qurultay nümayəndələrinin irad və təklifləri ilə tamamən razı olduğunu qeyd edib. 20 ildir sosial fəaliyyətlə məşğul olduğunu xatırladan A.Kurban DAK-ın yerli dərnəklərlə sıx əməkdaşlıq etməsinin vacibliyinə toxunub.
DAK-ın heç bir iş görməməsi məsələsinə etiraz edən Kurban təşkilat olaraq Türkiyədə xeyli iş gördüklərini, Türkiyə Böyük Millət Məclisində görüşüb, Xocalı həqiqiətlərini catdırdıqlarını, o cümlədən Ermənistanla sərhədin açılacağı məsələsi gündəmə gələrkən iki gün içində 26 min imza toplayaraq Türkiyənin baş naziri və prezidentinə təqdim etdiklərini xatırladıc. O, hər kəsin üzərinə düşənləri etməsi üçün səfərbər olmağı arzulayıb. O, Borçalıda yaşayan türklərin də xeyli problemi olduğunu dilə gətirərək, bütün bunların həll olunması üçün addımlar atılmasının vacibliyini xatırladıb.

Norveçdən qurultaya qatılan Rəhmət Atabəylər qurultay iştirakçılarına müqəddəs və çətin işlərində uğurlar arzulayaraq təklif edib ki, növbəti qurultaya qədər yeni seçilən DAK sədri və rəhbərlik 3 aydan bir görülən işlər barədə hesabat versin.
Teymur Eminbəyli də 18 ildir DAK da olduğunu, qurumda cənub-quzey ayrı-seçkiliyi etmədən normal struktur qurulmasının vacibliyini qeyd edib.
Əhməd Obalı Amerikadan qatıldığını xatırladaraq, DAK-ın quruculuarından olduğunu, bu günə qədər “heç bir iş görülmür” deyilməsiylə razılaşmadığını xüsusi qeyd edib.
DAK-ın yalnız son bir neçə sədrin dövründə iş görmədiyini deyən Obalı Pişəvəri dönəmindən sonra ilk dəfə DAK sayəsində BMT-də Güney məsələsinin qaldırıldığını, bunun da təşkilatın fəaliyəti sayəsində olduğunu qeyd edib.

Çıxış edənlərdən Eldar Qaradağlı və Səyavuş Yusifli Güney Azərbaycandakı milli hərakatdan, azərbaycanlıların birlik problemindən söz açaraq, türk milətinə ayrı seckililik qoyulmamasını tövsüyə edib.

Belçika Türk Ocaqlarının fəxri rəhbəri Rəcəb Tuncer Sarı qurultaya uğurlar diləyib, hər şeydən əvvəl dünya azərbaycanlılarına birlik arzulayıb.

Azərbaycandan qurultaya qatılan Fatma Sofiyeva isə “bütün umu-küsünü bir kənara qoyulmalı, hansısa məmurun özbaşınalığına görə Vətəndən küsməzlər!” deyib.

Əjdər Tağızadə “Azərbaycan və Türkiyə hər birimizin dövlətidir”, deyib. O, qeyd edib ki, işğalda olan Qarabağın səsini dünyaya çatdırmaq hamının borcudur.

“Unutmayaq ki, Ərdoğanın, İlham Əliyevin siyasəti əleyhinə gedənlərə həddini bildirmək də bizim işimizdir”.

İlhan Aşkın da Holandiyada Azərbaycan Türk Dərnəyi başçısı olaraq DAK-ın nümayəndəsi seçildiyini xatırladaraq deyib ki, DAK yarananda dosta güvən, düşmənə narahatlıq verib.

Xəqani Qayıblı da özlərindən sonra gələn nəsillərə nümunə olmağı tövsiyə edib. Belcika - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi birlik və bərabərlik içində çalışmağı arzulayıb.

Çıxışlardan sonra prosedur qaydalarına görə səsvermə keçirilib. Azərbaycanlı iş adamı Asif Kurban DAK-ın yeni sədri, Məmməd Azər sədr müavini, Səyavuş Yusifli və İlhan Aşkın təşkilat məsulları seciliblər.

Geri qayıt