Əsas Səhifə > Hadisə, Manşet > Eldar Mahmudovun lombard biznesi haqqında ilginc iddialar...

Eldar Mahmudovun lombard biznesi haqqında ilginc iddialar...


13-02-2016, 10:50
Eldar Mahmudovun lombard biznesi haqqında ilginc iddialar...
Bakının Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində, Hüseynbala Əliyev küçəsində yerləşən “Yetər” lombardı hələ də Eldar Mahmudovun korrupsiya ilə qazandığı kirli pullarını dövr etdirir və əldə etdiyi gəlir günbəgün çoxalır. Bu lombard xidməti Bakının mərkəzində, bütün səlahiyyətlilərin gözü qarşısında at oynadır, iqtisadi krizis dövründə qaz vurub qazan doldurur. Sonuncu qızıl sikkəsini belə girov qoyanlara elə faizlər yüklənir ki, bunu heç qədimlərdə ən qəddar, qan içən sələmçilər belə etməyib. Artıq bu barədə dəfələrlə mətbuatda yazılmasına baxmayaraq hələ ki, nəticə yoxdur və nəticə olmadıqca lombardın sahibi daha da qəddarlaşır, çox qazanmaq, insanları dövlətdən narazı salmaq üçün kifayət qədər müştərilərinə ağır sanksiyalar tətbiq edir.

Bir müddət öncə redaksiyamıza üz tutan şikayətçinin iddiasına görə “Yetər” lombardının arxasında keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov durur. Onun bildirdiyinə görə, bu lombard məhz onun himayədarlığı ilə yaranıb, xidmətini qısa zamnda genişləndirib və kifayət qədər ehtiyacı olanların qızıllarını əldə etməklə onıarı çıxılmaz vəziyyətə salıb. Yazılanlara reaksiya verilmədikcə açıq-aydın görünür ki, bu gün də həmin lombard Eldar Mahmudovun himayəsindədir. Lombardın sahibi Sevinc Abbasovanın topladığı milyonların isə nə vaxtsa dövlətə qarşı cevrilcəyini nədənsə düşünən yoxdur.
Bəs “Yetər” lombard xidmətinin sahibi Sevinc Abbasova kimdir? Onun fəaliyyəti dönəmində küllü miqdarda vəsaitə yiyələnməsinə kim şərait yaradıb və ya bu xanım kimin pullarını sələmə verib?

Araşdırmalardan əldə edilənləri bir daha dövlət qurumlarının nəzərinə çatdırırıq. Faktlar təsdiq edir ki, Sevinc Abbasova yaxın zamanlara qədər kimi keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun himayəsində olub, ona sığınıb. Elə təəccüb və maraq, eyni zamanda dəhşət yaradan da budur. Kifayət qədər adı korrupsiya və rüşvətdə hallanan keçmiş nazirin əli heç demə bütün gəlir gətirən sahələrə uzanıbmış. Düşünəndə və təhlil aparanda aydın olur ki, lombarda pul yatırmaq əslində böyük gəlirlər deməkdir.

Zərgərliklə məşğul olan və hələlik adının gizli saxlanılmasını istəyən bir neçə şəxs bildirib ki, hazırda Sevinc Abbasovanın lombardında müştərilərin sayı 4 mini keçib və xanımın təkcə faizlərdən aylıq qazancı 35-40 min manatdır. Müştəri axını isə davam etməkdədir. Deməli, müştərinin artması gəlirin də artmasına yol açır və bu lombard maliyyə baxımından güclənməkdə davam edir. Eldar Mahmudovun lombardının güclənməsi isə hazırda çox böyük təhlükədən xəbər verir. 4 min adamın buradan asılılığı ailə üzvləri ilə birgə nəzərə alındıqda ölkədən narazıların sayının tək bir lombardın hesabına az qala 20 minə çatdığını diktə edir...

Ötən dəfə qeyd etdiyimiz kimi bu xanımın Eldar Mahmudova yolu isə onun həyat yoldaşı, Azərbaycan Həmkarlar Konfederasiyasının sabiq katibi Tahirə Mahmudovadan keçib. Hər iki xanımın yaxın rəfiqə kimi aralarında bir neçə sövdələşmələr olub. Mahmudovlar ailəsinə məxsuz pulların isə burda sələm, ah-nalə ilə artırılması prosesi də elə bu sövdələşmələrdən başlayıb. Sevinc xanımın lombardın fəaliyyətindən kifayət qədər qazanc əldə etməsi isə danılmaz faktdır.

Sevinc Abbasovanın idarə etdiyi son model "Range Rover" avtomobili (dövlət nömrə nişanı 100) də bunu söyləməyə əsas verir. "Yeganə" şadlıq evinin yaxınlığında tikdirdiyi villada isə uşaqlara qanunsuz bağça xidməti göstərir. Bütün bunlar Sevinc Abbasovanın fironluğunun köklərini açır və onun nəyə görə insanlara qorxu bilmədən qənim kəsilməyinin səbəblərini ortaya qoyur...

Səlahiyyətlilərin diqqətini daha bir məsələyə çəkmək də yerinə düşər. 2008-13-cü illərdə həyatının çox hissəsini Avropa ölkələrində keçirən Sevinc Abbasova bu səfərləri, xaricdə yaşamağı da məqsədli edib və Avropa ölkələrində Eldar Mahmudovun işlərini təlimata uyğun istiqamətləndirib və bunlar danılmaz faktlardır. Əgər bu qadının xaricə çıxışları sərhəd - keçid məntəqələrində araşdırılarsa deyilənləri rəsmi qurumlar da təsdiqləyə bilər.
Burada bir sual yaranır. Eldar Mahmudov daha yoxdur və onun gələcək taleyi də təxminən hər kəsə bəllidir. Bəs bu xanım qorxmur ki, bir gün dövlət onun da yaxasından yapışıb haqq-hesab çəkər? Axı onun özü də yaxşı bilir ki, fəaliyyəti tamamilə qanunsuzdur və yığdığı sərvət nə vaxtsa kal armud kimi boğazında qala bilər. Bəlkə pula-qızıla hərislik bu xanımın gözünü elə bağlayıb ki, o bu qorxunu düşünməkdən belə uzaqdır. Ya da indi özünə daha güclü havadarlar tapıb. Amma insanların getdikçə sıxıldığı və hər nəyi varsa itirdiyi vaxtda bu işlər şübhəsiz belə davam etməyəcək. Bu qaçılmazdır.
Amma bu xanıma indiyədək gözün üstdə qaşın var deyən olmayıbsa deməli Eldar Mahmudovun əli hələ də lombardın kürəyindədir. Birbaşa olmasa da dolayısı ilə bu işə rəhbərlik edən şəbəkə xidmətini və qayğısını indi də göstərir.
Bu gün ölkə başçısının əhalinin yanında olduğu vaxtda, bütün nazirlərin regionlara üz tutduğu məqamda “Yetər” lombardın əməllərinə göz yumulması başa düşülən deyil. Üzləşdiyimiz devalvasiya ərəfəsində kimlərinsə kirli pulları hesabına boğulan adamlara həyan olmaq lombard adı ilə insanları talayan sələmçilərin cilovunu yığmaq doğrudanmı çətindir?
Əslində lomdbard fəaliyyətinin qanunsuz olduğunu ekspertlər dəfələrlə təsdiq edib. Amma bunun qarşısının alınmasına marağın olması anlaşılan deyil. Yəni, kimin mənşəyi haramlıqdan yoğrulan pulu varsa deməli, o at oynada bilər, qanunları tapdalayar, sadə insanların girovları və ödədiyi sələmlər hesabına harınlaşa bilər?!
Bunlar acı da olsa günümüzün reallığıdır. Özü də mənbəyi bilinməyən pulların hesabına. Təcili ölkədə olan lombardların fəaliyyətinə nəzarət yaradılmalı, dövlət gününün acısını yaşayan insanların yanında olmalıdır. Daha geniş miqyasda təhlillər aparılsa təbii ki, digər lombardların arxasından da kirli pullara sahib məmurlar çıxacaq. Necə ki, “Yetər” lombard xidmətinin arxasından Eldar Mahmudov çıxdı...

Qeyd edək ki, material bizə göndərilən şikayət məktubu əsasında hazırlanıb...
\\moderator.az\\
Geri qayıt