Əsas Səhifə > Hadisə, Manşet > Səhiyyə nazirliyinin tender kralı “Turqay“ MMC kimindir?
Səhiyyə nazirliyinin tender kralı “Turqay“ MMC kimindir?12-02-2016, 09:11 |
Azərbaycandakı nazirliklərdə həyata keçirilən təmir tikinti işlərində külli miqdarda yeyintilərin olması ilə bağlı mətbuatda dəfələrlə faktlara söykənən yazılar dərc olunmağına baxmayaraq hələdə bu sahədə ciddi korrupsiya davam etməkdədir. Büdcədən ən çox vəsait ayrılan nazirliklərdən biri də Səhiyyə Nazirliyidir. Bu nazirliyə ayrılan vəsaitlərin bir qismi bir qayda olaraq paytaxtda və rayonlarda fəaliyyət göstərən xəstəxanaların təmiri, tikintisi üçün istifadə olunur. Təmir - tikinti işlərində isə davamlı olaraq nazirliyin vəzifəli şəxslərinə yaxın şirkətlərin həyata keçirtməsi isə qaranlıq məqamlardan xəbər verir. AzFakt.com-a Səhiyyə Nazirliyindəki mənbənin verdiyi məlumata görə Səhiyyə Nazirliyində təmir tikinti işləri ilə bağlı tenderlərini ən çox nazir Oktay Şirəliyevin yaxın ətrafına məxsus şirkətlər udur. Əslində isə keçirilməsi olan tenderlər sadaca formal xarakter daşıyır və kağız üzrərində həyata keçirilir. İnformasiya mənbəmiz bildirir ki, adətən səhiyyə nazirliyində böyük miqyaslı tenderlə eyni şirkətlərə və eyni şəxslərə verilir. Amma həmin şəxslər zaman - zaman şirkətlərini dəyişirlər. Bu isə təmir tikinti işlərində yol verdikləri külli miqdarda korrupsiyadan, maxinasiyadan və vergidən yayınmaya görə edilir. İş adamları iz azdırmaq üçün tez tez şirkətləri dəyişməklə yenə eyni maxinasiyanı həyata keçirirlər. AzFakt.com-a özəl mənbələrdən verilən bilgiyə görə Səhiyyə Nazirliyində əsas təmir və tikinti işləri ilə məşğul olan şirkətlərdən biri "Turqay" MMC şirkətidir. Bu şirkət neçə illərdir ki, səhiyyə sistemində müxtəlif tibb ocaqlarının tikintisi, təmiri ilə məşğuldur. "Turqay" MMC şirkəti səhiyyə sistemində ən böyük tenderlərin qalibi olub. Apardığımız kiçik araşdırmada "Turqay" MMC-nin bir neçə il ərzində səhiyyə nazirliyində milyonlarla manat tenderlərin qalibi olması ilə rastlaşdıq. Buna misal olaraq 2013-cü ildə 15,9 milyon manat (5 milyon manat Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 31 saylı Poliklinikanın təmiri, 10 milyon 960 min manat Cəlilabad Rayon Xəstəxanasının tikintisi və təchizatı üzrə), 2014-cü ildə 5,5 milyon manat ( 5,1 milyon manat Qobustan Mərkəzi Rayon Xəstəxanasının təmiri işləri, 294 min manat Respublika Talassemya Mərkəzinin təmiri, 60 min manatı Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzin təmir işləri), 2015-ci ildə 11, 9 milyon manat ( 11 milyon 120 manat Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi, 775 min manat Mingəçevir Şəhər xəstəxanasının ərazisində Uşaq Reabilitasiya Mərkəzinin tikintisi) tenderlərin qalibi olub. Bu saytımızın apardığı kiçik bir araşdırmadır. Ancaq saytımıza verilən məlumata görə ümumilikdə "Turqay" MMC səhiyyə sitemində 100 milyonlarla manatlıq tenderlərin qalibi olub. Ölkədə heç kəsin tikinti sahəsində tanımadığı bir şirkətin milyonlarla mantlıq tenderləin qalibi olmasında isə qaranlıq məqamlar var. İnformasiya mənbəmiz bildirir ki, "Turqay" MMC şirkətinə havadarlığı səhiyyə naziri Oktay Şirəliyevin yaxın qohumlarından biri edir. Şirkət rəhbərliyi məhz bu havadarın sayəsində saysız hesabsız milyonluq tenderlərin qalibi olub. Şirkətə köçürülən vəsaitin 30 faizi nəğd şəkildə səhiyyə nazirliyinin rəhbərliyinə çatdırılıb. Yerdə qalan vəsaitin bir hissəsi işlərə qalan hissəsi isə mmc rəhbəri və himayədarı tərəfindən mənimsənilib. Mənbəmiz görülən işlərin bir neçə dəfə şişirdildiyini və külli miqdarda vəsaitlərin silindiyini bildirdi. MMC sahibi səhiyə tenderlərindən əldə etdiyi kirli vəsaitlər hesabına 7-8 ədəd yüzminlik aftomobilə sahib olduğu və Bakı şəhərində xeyli sayda obyekt əldə etdiyi deyilir. Xatırladaq ki, mətbuatda "Turqay" MMC-nin 2006-cı ildə təsis edildiyi və MMC-nin rəhbərinin Abbasov Tamerlan Yahya oğlu olması ilə bağlı dəfələrlə məlumatlar dərc olunub. Həmin məlumatlardan ən ilginci isə “Turgay” MMC-ni təsisçisi və rəhbəri Abbasov Tamerlan Yahya oğlunun külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığına görə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli biliinib 1 il 6 ay müddətində azadlıqdan məhrum edilməsidir. Bildirək ki, səhiyyə nazirliyinin müəmmalı tenderlərinin qaranlıq qalibi "Turqay" MMC şirkətinin həyata keçirtdiyi milyonluq lahiyyələrlə bağlı araşdırmamız davam edir və yaxın günlərdə adı çəkilən şirkətin nazirlikdəki himayədarları, maliyyə maxinasiyaları ilə bağlı oxucularımıza ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin. Qarşı tərəfin mövqeyini verməyə hazırıq. Geri qayıt |