Əsas Səhifə > Hadisə, Manşet > Saatlıda Dövlət Proqramının uğursuz icrası

Saatlıda Dövlət Proqramının uğursuz icrası


10-02-2016, 09:06
Saatlıda Dövlət Proqramının uğursuz icrası
Son vaxtlar məmurların yalan hesabatlar, kağız üzərində olan rəqəmlərlə mərkəzi hakimiyyəti aldatması haqda ifşaedici məlumatlar yayılır. Bu dəfə eyni durumla bağlı Saatlı rayonundan cumhuriyyet.az-a məlumat daxil olub. Belə ki, 2009-2013-cü illəri əhatə edən Regionların sosial iqtisadi inkişafı dövlət Proqramının Saatlı rayonundakı icrası bərbad vəziyyətdədir. Halbuki, rayon icra hakimiyyətinin rəsmi hesabatlarında bu barədə pafoslu məlumatlar yer alıb. başa çataraq arxada qaldı.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Saatlıda icrası ilə bağlı “Aran”Ekoloji Maarifləndirmə ictimai birliyinin apardığı və cumhuriyyet.az-a göndərdiyi araşdırma yazını olduğu kimi diqqətinizə çatdırırıq: “Hər gün Regionların Sosial İqtisadi inkişafı haqqında KİV-də çox göstərilir və yazılır. Kəndarası yolların qurulması gündəngünə qabardılır ağız dolusu danışılır. Ölkə başçısının yolların tikintisi ilə bağlı ayırdığı vəsaitlər isə havaya sovrulur, Rayonumuzun Dəllər, Qıaqlı, Şirnbəy, Çolpu, Xanlarkənd və . s. kənd yolları bərbad vəziyyətdədir. Hal-hazırda uzun boğaz rezin çəkmə geymədən yollara çıxmaq mümkün deyil. Rayonumuzun Mərkəzində bazarın qabağında yağış yağanda nəinki piyada heç maşınla da keçmək mümkün olmur. Avtomobil dayanacağında asfalt örtüyü olmadığına görə maşınların hərkəti zamanı adamların üst-başı palzığa çirkab suya batır. Çolpu, Xanlarkənd, Şirnbəy, Dədəqorqud, Dəllər və s. kəndlərin elekdirik dirəkləri istismar müdətini 3-4 dəfə başa vurmasına baxmayaraq hələ də dəyişilməyib. Elektrik naqilləri bəzi yelərdə az qalır yerə dəysin. Güclü külək əsəndə elektrik diəkləri yerində sanki qaytağı oynayır. Naqillər bir-birinə toxunur qısa qapanma baş verir. Nəticədə bütün kəndlər işıqsız qalır. Bundan əlavə vətəndaşlar evlərinə elektrik sayğacları quraşdıılması üçün Azerişıqa müraciət edəndə onlardan pul tələb olunur Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 saylı qərarının 7. 9 bəndində göstərilir ki, fiziki şəxslərə elektrik sayğacları Azərişıqın (Müəssiəsinin) hesabına həyata keçrilir. Vətəndaşlar 220 vt- luq elektrik enerjisinin pulunu qabaqcadan ödəsələr də onlara bunun müqabilində 160-180 vt enerji verilir Axşamlar həyətə çıxanda insanlar əllərinə fanar götürür. Çünki işıq o qədər zəif olurki, ayağlarının altını da görmürlər. Rayonda qazlaşdırma işləri aparılır evlərə sayğaclar quraşdırılır. Lakin təzyiq olmadığı üçün sayğaclar normal işləmir. Əhali qaz sayğaclarını at noxtalayan kimi noxtalayır. Bu da həyat üçün çox təhlükəlidir. Əhalinin təqaüd alan təbəqəsini və az bir hissəsinin işləməsini nəzərə almasaq, əksəriyyəti işsizdir. Ona görə də qaza çoxlu borc yığılıb qalır. Məhkəmə qərarı olmadan vətəndaşlara qaz və elektrik enerjisi verilməsi dayandırılır. Bu da insan hüquqlarının pozulmasına gətrib çıxarır. Yaxşı olarki, qaz sayğaclarıda smart kart sayğacları ilə əvəz edilsin vətəndaşlar da öz gəlirlərinə münasib olaraq qazdan səmərəli istifadə edə bilsinlər. Rayonda qazlaşdırma aparılsa da Məktəblər, usaq bağcaları inzibati binalar qazlaşdırılmayıb. Rayonda iş yerləri bağlandığı üçün əhali işsiz qalıb. İş yerləri açmaq işsiz əhalini işlə təmin etmək lazımdır. Rayonlarda o cümlədən Saatlıda hal-hazırda hazır şirə (sok) zavodları var. Lakin bu emal müəssisələri hansı səbəblərdənsə işləmir həmin zavodların fəaliyyətini bərpa edib işə salmaq lazımdır ki, ölkəmizdə işsizliyin aradan qaldırılmasına qismən də olsa təkan vermiş olsun”.

Geri qayıt