Əsas Səhifə > Hadisə, Manşet > "Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşov həbs oluna bilər...

"Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşov həbs oluna bilər...


30-01-2016, 11:31
"Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşov həbs oluna bilər...
Bir həftə öncə "Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşovun "MTN işi" ilə bağlı ölkədən qaçan iş adamı "Akula" ləqəbli Akif Mustafayevlə ciddi əlaqələri olması ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, paytaxtın müxtəlif yerlərində tikilən çoxmərtəbəli bina biznesində Xəlil Göyüşovun əsas şəriklərindən biri məhz keçmiş MTN naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri olan və ölkədən qaçan Akif Mustafayev olub. Məlumatda qeyd etmişdik ki, Xəlil Göyüşova məxsus olan "Körpü-Bina Tikinti" MMC-nin Bakı şəhərində həyata keçirtdiyi milyonluq layihələri məhz "Akula"nın dəstəyi ilə əldə edib və bu işdə onun əsas ortaqlarından biri MTN keçmiş rəhbərliyi olub.

DAHA GENİŞ YAZI BURADA

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq müvafiq dövlət qurumları "Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşovun fəaliyyətini araşdırmaya götürüblər.

Hər halda bu fakt çox ciddi mətləblərdən xəbər verir. Bununla bağlı danışan mənbənin dia-az.site-a söylədikləri: "Məsələçox ciddidir. Hətta "Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşovun həbsi belə gündəmdədir".

Qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...

Geri qayıt