Əsas Səhifə > Hadisə, Manşet > Bahalığı yaradan elə onun özü olub...

Bahalığı yaradan elə onun özü olub...


26-01-2016, 10:54
Bahalığı yaradan elə onun özü olub...
Bir neçə gün bundan əvvəl Ağsu rayonunda da bahalaşma əleyhinə yürüş keçirilmiş. Hadisədən dərhal sonra rayona gələn icra başçısı Ənvər Seyidəliyev etirazçılarla görüşərək, onları dinləmişdi. Camaat bildirmişdi ki, yetərli qədər problemləri olsa da, hazırda əsas məsələ bahalaşmanın qarşısının alınmasıdır və icra başçısı da hər şeyi qaydasına salacağını vəd etmişdi.

JAM.AZ xəbər verir ki, Ağsuda un və un məhsullarının bahalaşmasının səbəbkarı elə icra başçısının öz yaxınları olub. Belə ki, rayonda un, un məhsulları, o cümlədən ərzaq məhsullarının topdansatışını Ənvər Seyidəliyevin qohumları həyata keçirirlər. Manatın devalivasiyaya uğramasını fürsət bilən qohumlar, üstəlik, icra başçısının da rayonda olmamasından istifadə edərək, qiymətləri qaldırıblar.

Məlumatda deyilir ki, Ənvər Seyidəliyev rayona döndükdən sonra vəziyyəti bildikdə, işdən sonra bütün qohumlarını evinə yığaraq, onlarla görüşüb. Görüş zamanı, iş başında olan bütün yaxınlarını danlayıb ki, atdıqları hərəkətlərə diqqət etsinlər. Üstəlik, qəti şəkildə tapşırıb ki, onun icazəsi olmadan hər hansı bir addım atmasınlar. Yoxsa, əhali ayağa qalxıb, onları rayondan qovar. Faktiki olaraq həssas dövr olduğunu da xatırladan icra başçısı hamını diqqətli olmağa çağırıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt