Əsas Səhifə > Hadisə, Manşet > “İçməli su” adı ilə texniki su verilirsə...

“İçməli su” adı ilə texniki su verilirsə...


23-01-2016, 17:30
“İçməli su” adı ilə texniki su verilirsə...
Azərbaycan KİV-lərində məmurların dəstəyindən yararlanaraq vətəndaşları soyan fırıldaqçılar haqqında çox material dərc olunub. Lakin bu məqalədə söhbət dələduz inşaatçılardan yox, vətəndaşlara “içməli su” adı ilə texniki su verən, onların həyatına təhlükə yaradan dövlət qurumlarından gedir. Qafqaz Xəbər Agentliyinə müraciət edən, İlqar Zülfüqarov, 127-129 ünvanında yaşayan Kənan Əliyullayev bildirib ki, iki il əvvəl “Beşulduz” inşaat kooperativindən mənzil alıb. “O vaxt biz bu mənzilə köçdük”, – deyə mənzil sahibi bildirib. “Sizi heç kim aldatmayıb və mənzillə təmin edib. Nədən şikayətlənirsiniz?” – deyə əməkdaşımız soruşub. “Ondan şikayətçiyik ki, “Azərsu” bizi içməli su ilə təmin etməyi unudub”, – deyə K.Əliyullayev qeyd edib.

“Bu necə baş verib?” sualına vətəndaş belə cavab verib: “Biz köçənə qədər “Azərsu” əməkdaşları and-aman edirdi ki, bizim mənzillərə içməli su çəkiləcək. Amma biz köçəndən sonra dedilər ki, bizi ancaq texniki su ilə təmin edə bilərlər. Axı bu suyu içmək mümkün deyil. Ona görə də, öz pulumuzla içməli su almağa məcburuq”. Onun sözlərinə görə, “Azərsu” artıq iki ildir sakinləri ələ salmaqdadır.

Biz bütün gün ərzində “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə yaratmağa çalışdıq, lakin cəhdlərimiz uğursuzluqla nəticələndi. “Mən sakinlərə tövsiyə edərdim ki, prokurorluq orqanlarına müraciət etsinlər”, – deyə hüquqşünas Osman Kazımov Qafqaznews.org-a bildirib. Əməkdaşımızın “Niyə?” sualına hüquqşünas belə cavab verib: “Ona görə ki, sakinlərə “içməli su” adı ilə texniki su verilirsə, “Azərsu”nun hərəkətləri artıq cinayət əməlidir”.

Geri qayıt