Əsas Səhifə > Hadisə, Manşet > 2-ci qrup əlil prezident təqaüdünü ala bilmir...

2-ci qrup əlil prezident təqaüdünü ala bilmir...


22-01-2016, 08:36
2-ci qrup əlil prezident təqaüdünü ala bilmir...
DİA.AZ: - Laçın rayon Pircahan kəndindən məcburi köçkün, 2-ci qrup hərbi əlil, Prezident təqaüdçüsü, ehtiyyatda olan mayor Novruzov Rövşən Rafail oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

"Hörmətli Prezident, cənab Ali Baş Komandan! 04.11.2015-ci il tarixdən müraciətimə baxılmır, bildirmək istəyirəm ki, 18 il zabit kimi hərbi xidmət etmişəm, xidməti vəzifələrimi yerinə yetirərkən xəsarət almışam, xəstəliklə əlaqədar ehtiyyata buraxılmışam, 2-ci qrup hərbi əliləm. 2013-cü ildə xəstəliklə bağlı təxris olunduqda mənə xəstəlik haqqında qərarı xidmət dövrü aldığım xəstəliklər qeyd edilmişdir, 2015-ci ildə mən yenidən Müdafiə Mazirliyi Hərbi Həkim Komissiyasına müraciət etdim və mənim qəraıma düzəliş edərək “HƏRBİ TRAVMADIR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALINMIŞDIR” qərarı verilmişdir.

Sonradan mən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sənədləri təqdim etdim, xəstəliyimin səbəb əlaqəsi dəyişdirildi, hal hazırda Suraxanı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən qanunla Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 130 manat məbləğdə ayrılmalıdır və mənə ödənilməyən 2014-cü ilin mart ayından 2015-ci ilin oktyabr ayına qədər cəmi 19 ay, hər ay 130 manat təqaüdün, iki uşaq üçün hər ay 24 manat fərq məbləğinin, yəni cəmi 2926 manatın tam şəkildə qanunla ödənilməsi yolverilməzdir".

Daha sonra narazı vətəndaşın dia-az.site-a daxil olan müraciətində qeyd olunur: "Hörmətli dövlətimizin rəhbər vəzifəli şəxsləri bir araşdırın ki, necə ola bilər mənim kimi digər rayonlarda xəstəliyin səbəb əlaqəsi dəyişdirilən şəxslər yuxarda qeyd etdiyim məbləğlə tam təmin olunublar, səbəbi nədir ki, mənə isə ödəməkdən imtina edirlər, mən isə bu barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişəm ki, bu ədalətsizliyə son qoyulsun. Məhkəmə mənim qanunu müraciətimi təmin etmişdir, lakin ƏƏSMM Suraxanı rayon şöbəsindən mənim ödənilməyən təqaüdümün ödəmək əvəzinə haqsızcasına Bakı Apelyasiya məhkəməsinə müraciət edib, müəyyən bəhanələrlə, ödəniş etməkdən imtina edirlər, səbəb nədir axı mən vətən yolunda canını fəda verən əlil olan bir zabiti belə incidirlər.

Əlavə məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən eyni zamanda pensiyamın fərq məbləği barədə məhkəməyə müraciət etmişəm, iddia ərizəm təmin edilib, bu qanuna uyğun olması bildirilib, belə başa düşürəm ki, pensiyanın fərq məbləği təmin edilibsə, eyni vaxtda prezdent təqüdünün ödənilməsi də qanuna zidd deyildir. Nəzərə almağınızı xahiş edirəm.

Qeyd etmək istəyirəm ki, bu məsələ ilə bağlı mənim müraciətimə baxılmır, bir çıxış yolum məhkəmə olmasına baxmayaraq məhkəmə ödənilmə qərarı versədə Suraxanı rayon ƏƏSMM mənə qarşı süründürməçilik edir.

Hörmətli Prezident, cənab Ali Baş Komandan! Sizdən xahiş edirəm ki, 2014-cü ilin mart ayından 2015-ci ilin oktyabr ayına qədər cəmi 19 ay, hər ay 130 manat təqaüdün, iki uşaq üçün hər ay 24 manat fərq məbləğinin, yəni cəmi 2926 manatın Suraxanı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən tam şəkildə mənə ödənilməsinə göstəriş verəsiniz və məhkəmə qərarını icra etməyən müəyyən bəhanələr gətirən, süründürməçilik edən mən hərbi əlili incidən şəxslər barədə ciddi tədbir görəsiniz".

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt