Əsas Səhifə > Hadisə, Güney Press, Manşet > Ziya Məmmədovun “sağ əli”nin ikili vətəndaşlığı ortaya çıxdı
Ziya Məmmədovun “sağ əli”nin ikili vətəndaşlığı ortaya çıxdı20-01-2016, 15:18 |
Nəqliyyat naziri Ziya Məmmədovun ətrafındakı dairə günbəgün daralır. Cənab nazirin təkcə səlahiyyətləri əlindən alınmır, həm də onun ətrafı, MDB məkanına uzanan “qolları” sıradan çıxarılır. Bu gün Bizimxeber.az-a daxil olan məlumatda Ziya Məmmədovun Ukraynadakı “sağ əli”, kriminal aləmdə tanınan Qulam Ələkbərovun ikili vətəndaşlığının olması qeyd olunub. Məlumdur ki, ölkəmizin əsas qanununa görə, ikili vətəndaşlıq mümkün deyil. Deməli, Ziya Məmmədovun yaxın ətrafındakı şəxslər hətta ölkənin konstitusiyasını pozaraq, gizli yolla ikili vətəndaşlqı əldə ediblər. Bütün bunlar hamısı gələcəkdə hər hansı ekstremal hal baş verərəsə, özlərini sığortalamaq məqsədi güdür. Geri qayıt |