Əsas Səhifə > Hadisə, Manşet > “Karasu” Əməliyyat şirkətində sular durulmur...

“Karasu” Əməliyyat şirkətində sular durulmur...


18-01-2016, 09:22
“Karasu” Əməliyyat şirkətində sular durulmur...
Teref.info olaraq “Karasu” Əməliyyat Şirkətində baş verən rüşvət və korrupsiya əməlləri haqda dəfələrlə saytımızda yazmışıq. Şirkətdən oğurlanan mədən qurğuları, talanmış milyonlarla pulların taleyinə bu günə qədər heç kim aydınlıq gətirməyib. Bu sayımızda şirkətin daha bir qanunsuz əməlindən söz açacağıq.
Avrasiya.net “Karasu” Əməliyyat Şirkətinə ünvalanan bir sənəd əldə edib.
Sənəd Hacıqabul rayon DYP rəisi Xanmusa Xalıqov tərəfindən ”Karasu” Əməliyyat Şirkətinin prezidenti İqor Qutiyevə yazılıb. Sənəddən də görünür ki, DYP rəisi şirkətdən 80 ədəd yararsız boru və ştanq istəyib.
ARDNŞ-ə aid yararsız boru və ştanqları ”Karasu” Əməliyyat Şirkətinin prezidenti İqor Qutiyev hansı əsasla Hacıqabul rayon DYP rəisi Xanmusa Xalıqova verib. Doğrudanmı DİN Hacıqabul rayonunda yol nişalarını qoymaq üçün maddi çətinlik çəkib. Əgər belədirsə, o zaman yoxlanılsın ki, alınan boru və ştanqlarla hansı nişalar basdırılıb və harada?
Bəs “Karasu” ƏŞ-nin prezidenti bunu hansı iznlə verib? Məlumata görə, istismara yararsız istənilən avadalıq ARDNŞ əmlakı hesab oluur. O zaman belə çıxır ki, Qutulevin üzərinə hansı dövlət idarəsi nə yazsa, onu da vermək səlahiyyətinə malikdir?
dia-az.site sənədlə bağlı adıçəkilən qurumların da mövqeyini dinləməyə hazırdır.

“Karasu” Əməliyyat şirkətində sular durulmur...

Geri qayıt