Əsas Səhifə > Hadisə, Manşet > Əkbər Hacıyevin adamları bir kəndin sakinlərini rəsmən ələ salıblar...
Əkbər Hacıyevin adamları bir kəndin sakinlərini rəsmən ələ salıblar...15-01-2016, 09:52 |
Neftçala Qaz İstismar idarəsində yaşanan xoşa gəlməz hallarla bağlı redaksiyamıza daxil olan məlumatlarla bağlı Uluyol.info xəbər portalı olaraq problemi yerində araşdırmağa çalışdıq. Neftçala rayonu Mirqurbanlı yaşayış məntəqəsi qaz xətləri çəkilərkən layihədə yer almasına baxmayaraq,bura qaz xətləri çəkilməyib.Yerli sakinlərin bildirdiyinə görə ölkə üzrə ilk qaz abonenti olan yaşayış yerlərindən olan Mirqurbanlı uzun illərdir odun sobasının ümidinə qalıb.Artıq Mirqurbanlıda yaşamaq mümkünsüz hala gəlib.Xatırladaq ki,bu ərazilər düzənliklərdən ibarətdir və burada yandırmaq üçün odun belə tapılmır.Qışın soyuğunda körpəsi,qocası olan ailələr çətin duruma düşüblər. Reportajımıızı hazırlayarkən bir neçə qapıda qıfıl gördük.Sakinlərin bildirdiyinə görə :"ailələr qış ayları köçür və yayda yenidən qayıdırlar.Qonşu kəndlərə qaz xətləri çəkilərkən Mirqurbanlıda layihədə var idi və qaz borularında gətirib məktəbin həyətinə boşaltdılar.Bir həftə keçmədi ki,gördük nə qaz boruları var,nədə ki,briqada.Hansı ki,qaz xəttinin çəkilməsi üçün ölçmələr,asfaltdan keçirilməsi üçün yerə də baxmışdılar,di gəl ki,birdən yoxa çıxdılar.Adiyyatı qrumlara dəfələrlə müraciət etməyimizə baxmayaraq məsələ həllin tapmayıb.Problemlə bağlı yazmadığımız ünvan,döymədiyimiz qapı qalmayıb,amma səsimizə səs verən yoxdur". Qışın soyuğunda hər həyətdə balta səsi,hər bacadan çıxan tüstünün şahidi olduq. Neftçala rayonu Astanlı kəndində də eyni aqibət yaşanmaqdadı.Şahidi olduğumuz mənzərə isə bu kəndin hər iki tərəfinə qaz xətləri çəkilib.Astanlı kəndinə qonşu kənd olan Aşağı Qaramanlı kəndi bu kəndə qədər qaz təchizatı tamamlanıb.Eləcə də Dördlər kəndində qaz xətlərinin çəkilişi tamamlanıb.Astanlı kəndində bir neçə "zavod evləri" adlanan mənzillərə qaz çəkilib. Sakinlərin bildirdiyinə görə müracətlərinə müsbət cavab gəlməyib."Azərbaycan Dövlət Neft Şirkətindən(ARDŞ) gələn cavab isə,"gedin öz hesabınıza çəkin"oldu.Biz öz hesabımıza istəsəkdə çəkə bilmərik.Bir manat deyil,iki manat deyil.Bir bu qədər pulu necə toplayaq.Əgər dövlətin pulu yoxdursa,o zaman erməni kilsəsinə qaz necə çəkilir?Məscidimizdə odun sobası qoymuşuq.Hara yazaq,kimə yazaq bilmirik.Yazdığımız yerlərdən məktub gələndə açmamışdan yazılanları bilirik". Neftçala rayonunda qaz təhcizatı tamamlanan kəndlərdə şahidi olduğumuz mənzərə isə ,heç bir məktəbə,xəstəxanaya,məscidə qaz xətləri çəkilməyib.Məktəblilərin bu səbəbdən davamiyyəti aşağı düşüb.Valideynlər havanın şaxtalı olduğu vaxtlarda övladların məktəbə göndərmir.Səbəb isə məktəbin istilik sisteminin olmamasıdır. Bundan əlavə qaz xətləri çəkilərkən pərəkandə iş aparılıb.Qaz xətləri istifadəyə verilən kəndlərdə qaz sızmalarından şikayətçi olan sakinlərin bildirdiyinə görə ,dəfələrlə müracitə etmələrinə baxmayaq ,gəlib baxmırlar.Evdə qazın gəlişin bağlasaqda,sayğac çalışır. Sadalanan problemlərlə bağlı Azəriqaz İ.B.Salyan Regional İdarəsinin Neftçala rayonu üzrə şöbəsinə yollandıq.Jurnalist olduğumuzu bilib ,idarədən bildirdilər ki,göstəriş verilib ki,"jurnalist qəbul etməsinlər".Buda dövlət büdcəsindən maliyyələşən idarənin dövlət qanunlarana sayqısızlığı. Xatırladaq ki,KİVHQ-dan çıxarış ,maddə 8-də göstərilir: "Dövlət orqanlarının,bələdiyyələrin,idarələrin və s. müəssisə və təşkilatların vəzifəli şəxslərin fəaliyyəti haqqında məlumat almaq hüququna malikdir.Tələb olunan informasiyanı adları çəkilən orqan,təşkilat və s. -İdarə rəhbərləri,onların müavinləri və digər səlahiyyətli şəxslər verə bilər". Geri qayıt |